Torpaq, tikili və avadanlıqların inventarizasiyasıMüəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır. İnventarizasiya - müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir. Azərbaycan Rеspublikasında invеntarlaşmanın aparılması prinsiplərini 16 iyul 2013-ci il tarixli Maliyyə Nazirliyinin Kolleqiyasının Qərarı ilə təsdiqlənmiş "Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları" əsasında icra оlunur. İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan torpaq, tikili və avadanlıqların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:
Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində, icarəsində və istifadəsində olan aktivlərin, həmçinin torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində və yaxud torpaq, tikili və avadanlıqlar üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən torpaq, tikili və avadanlıqlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilməlidir. Məsələn, torpaq sahələri üzrə - mülkiyyətçisi, məqsədli təyinatı və hüquqi rejimi (kateqoriyası), yüklülüyü, tikinti, qurğu, yollar və ya çoxillik əkmələr altında olması; binalar üzrə — təyinatı, əsas tikinti materialı, daxili və ya xarici həcmi, sahəsi (o cümlədən ümumi yararlı sahəsi), mərtəbələrin sayı (o cümlədən zirzəmili və ya yarımzirzəmili), inşa edildiyi il və digər texniki göstəricilər; kanallar üzrə — uzunluğu, dərinliyi və eni (dibi, səthi), qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə — olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə — onların təyinatı, tipi (şosse və digər texniki göstəricilər) uzunluğu, örtük materialı, döşəmənin eni və digər texniki göstəricilər. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. Torpaq, tikili və avadanlıqlar yenidən bərpa olunub və rekonstruksiya edilibsə, yenidən quraşdırılması genişləndirilibsə və bunların nəticəsində təyinatını dəyişibsə siyahıda yeni adı və yeni təyinatı göstərilir. Əsaslı təmir tikinti işlərinin (mərtəbələrdə əlavə tikintilər, yeni otaqların inşası və bu kimi işlər) və yaxud tikililərin və qurğuların qismən ləğv edilməsi hallarının mühasibat uçotunda əks etdirilməməsi komissiya tərəfindən müəyyən edildikdə müvafiq yeni sənədlər əsasında obyektlərin balans dəyərinin artması və ya azalması məbləğləri müəyyən edilməli və siyahıda əks etdirilməlidir. Maşın, avadanlıq və nəqliyyat vasitələri siyahıda istehsalçı təşkilatın texniki pasportuna əsasən onların zavod nömrəsi, buraxılış ili, təyinatı, gücü və digər texniki göstəriciləri üzrə fərdi qaydada əks etdirilir. Eyni tipli, eyni qiymətli və eyni vaxtda təşkilatın struktur bölmələrindən birinə mədaxil olunmuş və əmlakın (qiymətlilərin) uçot kartlarında analitik uçotu aparılan təsərrüfat əşyalarının, alətlərin, cihazların və bu kimi aktivlərin siyahıda ümumi miqdarı göstərilməklə adları yazılır. İnventarizasiya zamanı öz yerlərində olmayan torpaq, tikili və avadanlıqların (uzaq dəniz və su səfərlərində olan gəmilər, hərəkətdə olan dəmir yolu qatarları, avtomobillər, əsaslı təmirə göndərilmiş maşın və avadanlıqlar, məsuliyyətli mühafizəyə və icarəyə verilmiş aktivlər və bu kimi digər torpaq, tikili və avadanlıqların) inventarizasiyası onların müvəqqəti xaricolma müddətləri bitdikdən sonra ayrıca aparılır və rəsmiləşdirilir. İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi. İnventarizasiya qurtardıqdan sonra inventarlaşma komissiyasi müəssisə (təşkilat) rəhbəri tərəfindən qəbul edilən qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. Bundan sonra inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin tənzimlənməsi qaydası müəyyən olunur. İnventarizasiyanın nəticəsi onun aparılmasından sonra 10-gün ərzində uçotda əks etdirilməlidir. Mühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqlarının əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda, bu əskikgəlmələr mühasibat uçotu subyektinin xərcinə aid edilməklə 731 N-li hesabın müvafiq subhesablarının debetində və 111, 113 N-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Həmin torpaq, tikili və avadanlıqların yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 112 N-li hesabın müvafiq subhesablarının debeti və 731 N-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. 12.45. Əskik gəlmiş torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış əlavə dəyər vergisi məbləğinə aşağıdakı mühasibat yazılışları verilir:
12.46. Mühasibat uçotu subyektinin torpaq, tikili və avadanlıqları üzrə artıqgəlmələr istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri mühasibat uçotu subyektinin gəlirinə aid edilməklə 111, 113 N-li hesabların müvafiq subhesablarının debetində və 611 N-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Inventarizasiyanın nəticəsi olaraq aşağıdakı mühasibat yazılışları aparılmalıdır:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-07-01 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.