Əmək haqqı və onun ödənilməsi uçotunun təşkiliƏmək haqqının hesablanmasının əsas formaları bunlardır: vaxtamuzd, işəmuzd və akkord Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq). Əmək haqqı tarif dərəcəsinin işlənilmiş gün və ya saatların sayına vurulması ilə hesablanır.
İşəmuzd əmək haqqı formasında əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır.
Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində tətbiq edilir. Hər bir işçi üzrə əmək haqqının hesablama forması əmək müqaviləsində qeydə alınır. Müəssisə üzrə ümumi əmək haqqı hesablama formaları və qaydaları rəhbərlik tərəfindən Əmək haqqının ödənilməsi Əsasnaməsində təsdiqlənir. Müəssisənin struktur bölmələri, işçilərin vəzifələri, işçilərin ştat sayı, əmək haqlrı və əmək haqqına əlavələr müəssisənin Ştat cədvəlində qeydə alınır. Ştat cədvəli müəssisənin rəhbərliyinin əmri ilə təsdiqlənir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.