Qeyri-maddi aktivlərin qiymətləndirilməsiİlkin qiymətləndirmə Qeyri-maddi aktivin ilkin qiymətləndirilməsi оnun ilkin dəyəri əsasında aparılmalıdır. İlkin dəyər − Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur. Ədalətli dəyər − Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur. Qeyri-maddi aktivin ilkin dəyərinin hesablanması onun müəssisənin balansına daxil olma üsulundan asılıdır. Ayrıca əldə edilmiş qeyri-maddi aktivlər. Ayrıca əldə edilmiş (alınmış) qeyri-maddi aktivlərin ilkin dəyəri onun alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, aktivdən məqsədyönlü istifadə edilməsi üçün lazımi vəziyyətə gətirilməsinə çəkilən birbaşa məsrəflərdən ibarətdir. Müəssisələrin birləşməsi nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər. Qeyri-maddi aktiv müəssisələrin birləşdirilməsi zamanı alınıbsa, əldə etmə tarixində həmin qeyri-maddi aktivin ilkin dəyəri onun ədalətli dəyərini əks etdirir. Hökumət subsidiyaları hesabına əldə olunan qeyri-maddi aktivlər. Qeyri-maddi aktivlər hökumət subsidiyası hesabına (əvəzsiz) əldə edilibsə müəssisə qeyri-maddi aktivi və qrantı ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda müəssisə aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır. Aktivlərin mübadiləsi Qeyri-maddi aktiv (aktivlər) qeyri-monetar aktivin (aktivlərin) və ya monetar və qeyrimonetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alına bilər. Aşağıdakı hallar istisna olmaqla bu aktivlərin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
Müəssisənin daxili imkanları hesabına yaradılmış qudvil Daxili imkanlar hesabına yaradılmış qudvil aktiv kimi tanınmalı deyil. Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlər Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin ilkin dəyəri, həmin aktivlərin müəssisə rəhbərlərinin planlaşdırdığı qaydada əməliyyat aparmağa qadir olması üçün onların yaradılmasına, istehsalına və hazırlanmasına zəruri olan bütün birbaşa aid edilə bilən məsrəflərdən ibarətdir. Daxili imkanlar hesabına yaradılmış ticarət markaları, qəzet başlıqları, nəşriyyat hüquqları, müştərilərin siyahısı və xarakter etibarı ilə oxşar digər obyektlər qeyri-maddi aktivlər kimi tanınmamalı və adı çəkilən obyektlərin yaradılması ilə bağlı məsrəflər əmələ gəldiyi dövrdə xərc kimi tanınmalıdır. İlkin tanınmadan sonra qiymətləndirmə. Müəssisə qeyri-maddi aktivi qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Əgər qeyri-maddi aktiv yenidənqiymətləndirmə modelindən istifadə olunmaqla uçota alınarsa, bu sinfə aid edilə bilən bütün digər aktivlər də, onlar üçün fəal bazar mövcud olmadığı hallar istisna olmaqla, həmin model əsasında qiymətləndirilməlidir. İlkin dəyər modeli İlkin tanınmadan sonra qeyri-maddi aktiv, onun dəyərindən hər hansı yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla, ilkin dəyərlə uçota alınır. Yenidənqiymətləndirmə modeli İlkin tanınmadan sonra qeyri-maddi aktiv, onun dəyərindən hər hansı yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla yenidənqiymətləndirmə tarixinə onun ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim olunmalıdır. Bu Standart çərçivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir. Balans hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər müntəzəm şəkildə həyata keçirilməlidir Yenidənqiymətləndirmə modeli qeyri-maddi aktivin ilkin dəyəri ilə tanınmasından sonra tətbiq edilir. Əgər bütün aktivin tanınma kriteriyasına uyğun gəlmədiyindən qeyri-maddi aktivin ilkin dəyərinin yalnız bir hissəsi aktiv kimi tanınarsa, bu zaman bütün aktivə yenidənqiymətləndirmə modeli tətbiq edilə bilər. Qeyri-maddi aktiv yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya aktivin ümumi balans dəyərindən çıxılır və qalan xalis məbləğ aktivin yenidənqiymətləndirmə dəyərinə bərabər olması üçün yenidən hesablanır. İlkin və yenidənqiymətləndirmə modellərində uçot qaydası Aktiv kimi tanındıqdan sonra qeyri-maddi aktivlər üzrə mühasibat uçotu subyekti tərəfindən ilkin dəyər modeli tətbiq edildikdə ilkin dəyərlə uçota alınmış qeyri-maddi aktivlər üzrə hər bir hesabat dövrünün sonunda onların qiymətdən düşə biləcək hər hansı göstəricisinin olub-olmaması qiymətləndirilir. Əgər belə göstərici mövcuddursa, qiymətdəndüşmə zərərləri hesablanılır. Yığılmış qiymətdəndüşmə zərərinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir. Hesablanmış qiymətdəndüşmə zərərləri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Aktiv kimi tanındıqdan sonra qeyri-maddi aktivlər üzrə mühasibat uçotu subyekti tərəfindən yenidən qiymətləndirmə modeli tətbiq edildikdə, onlar ədalətli dəyəri olan yenidən qiymətləndirmə dəyəri ilə uçotda əks etdirilirlər. Hesabat dövrünün sonuna qeyri-maddi aktivlərin balans dəyərinin onların ədalətli dəyərindən kəskin fərqlənməməsi üçün kifayət qədər müntəzəm şəkildə bu aktivlər üzrə yenidən qiymətləndirmə həyata keçirilir. Qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində onun balans dəyəri ya azalır, ya da artır. Yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, o zaman bu artım yenidən qiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapital ehtiyatlarında yenidən qiymətləndirmə üzrə ehtiyat kimi uçota alınır. Bu zaman qeyri-maddi aktivin balans dəyəri onun yenidən qiymətləndirmə dəyərinə çatdırılmalıdır. Yenidən qiymətləndirmə tarixinə aktiv aşağıdakı üsullardan biri ilə uçota alınır:
Yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulunun tətbiqi zamanı aşağıdakı müxabirləşmələr verilir:
Aktivin ilkin dəyərinin və yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulunun tətbiqi zamanı onun ilkin dəyəri xalis balans dəyərinin yenidən qiymətləndirilməsinə uyğun şəkildə dəyişdirilir. İlkin dəyər bazar qiymətinə istinadən və ya xalis balans dəyərinin dəyişikliyi qədər proporsional şəkildə düzəldilir. Yenidən qiymətləndirmə tarixinə yığılmış amortizasiya elə şəkildə düzəldilməlidir ki, o bütün yığılmış qiymətdən düşmə zərərlərini nəzərə almaqla ilkin dəyərlə xalis balans dəyəri arasında fərqə bərabər olsun. Bu halda aşağıdakı mühasibat yazılışları verilir:
Yenidən qiymətləndirilmə nəticəsində qeyri-maddi aktivin balans dəyəri azaldıqda, azalma məbləğinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Bu zaman 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış artımlar kapital ehtiyatlarında əks etdirilmişdirsə, sonrakı qiymətdəndüşmə zərərləri həmin artım məbləği qədər sair kapital ehtiyatının azalmasına aid edilir, qalan məbləğ isə mənfəət və zərərə aid edilir. Keçmiş illərin artımları həddində məbləğə 331 №li hesabın müvafiq subhesablarının debeti və 101 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Qalan məbləğə isə 731 №li hesabın müvafiq subhesablarının debeti və 102 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış qiymətdəndüşmə zərərləri Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilmişdirsə, sonrakı artımlar Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda bu qiymətdəndüşmə zərərləri qədər sair əməliyyat gəlirlərinə, keçmiş illərin qiymətdəndüşmə zərərlərindən artıq olan məbləğ isə yenidən qiymətləndirmə üzrə ehtiyat hesabına aid edilir. Bu zaman aşağıdakı kimi müxabirləşmələr verilir:
Vergi uçotu Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması (AR Vergi Məcəlləsi, Maddə: 118) Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aiddir. Qeyri-maddi aktivlərə çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Qeyri-maddi aktivlərin illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-05-17 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.