Hesablaşma hesabı ilə əməliyyatlarHər bir müəssisə kontragentləri ilə nəğdsiz hesablaşmaları hesablaşma hesabı ilə apara bilər. Bir müəssisə müxtəlif banklarda istənilən sayda hesablaşma hesabı aça bilər. Hesablaşma hesabı üzrə əməliyyatlar AR Mərkəzi Bankın İdarə Heyətinin 17 sentyabr 2013 – ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat"-ı əsasında aparılır. Bank çıxarışı Mühasibat uçotunda hesablaşma hesabı üzrə əməliyyatlar bank çıxarışları əsasında aparılır. Hər bir bank müştərisinə bank çıxarışını bank əməliyyatları olan günlər üçün mütamadi verməyə borcludur. Bank çıxarışları daxil olduqca mühasibatlıq tərəfindən xronoloji sürətdə işlənir. Onlar mühasibat yazılışları üçün əsas hesab edilir. Bank hesabından çıxarışda ən azı aşağıdakı məlumatlar əks etdirilir:
Ödəniş tapşırığı Hesablaşma hesabından məbləğ yalnız müştərinin icazəsi ilə məxaric edilə bilər. Müəssisə öz hesablaşma hesabından başqa bir müəssisənin hesablaşma hesabına pul köçürmək üçün öz bankına "Ödəniş tapşırığı" göndərir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürür. Mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) ödəyicinin bank hesabından köçürmə məhkəmə qərarı əsasında və ya vergi orqanlarının tələbi əsasında vergi yoxlamaları zamanı hesablanan cərimə və penyaların tutulması məqsədi ilə aparıla bilər. Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulur. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər:
Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda hesablar planının 223 "Bank hesablaşma hesabları" saylı hesabı üzrə aparılır. Manat üzrə əməliyyatları xarici valyutada olan əməliyyatlardan ayırmaq üçün 223 saylı hesaba 223-1 "Manat hesablaşma hesabı" subhesabı açmaq lazımdır. Hesablaşma hesabı üzrə bəzi əməliyyatların müxabirləşməsi aşağıdakı cədvəldə verilib:
Normativ-hüquqi aktlar:
"Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat" Yazı sonuncu dəfə 2018-10-12 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.