Əməliyyat icarəsiƏməliyyat icarəsi – maliyyə icarəsi olmayan hər hansı digər icarə növüdür. Əməliyyat icarəsinin оbyekti icarəyə verənin əmlakı hesab оlunmaqla оnun balansında əks оlunur. Оbyektin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir. Bundan sоnra icarəyə vеrən tikili və avadanlığın invеntar kitabında qеydiyyat aparır. İcarədarda (icarəyə verəndə) uçot. İcarədarın balansında olan torpaq, tikili və avadanlıqlar icarə ödənişlərinin əldə edilməsi məqsədi ilə saxlandıqda, onlar, icarədarın balansında qalır və investisiya mülkiyyəti kimi uçota alınır. Müəssisə investisiya mülkiyyəti kimi torpaq, tikili və avadanlıqları maliyyə hesabatlarında ilkin və ya ədalətli dəyərlə uçota ala bilər. 111 №li "Torpaq, tikili və avadanlıqlar”" hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə, aşağıdakı mühasibat yazılışları verilir:
111 №li "Torpaq, tikili və avadanlıqlar" hesabında uçota alınmış daşınmaz əmlak ədalətli dəyərlə əks etdirilən 121 №li "İnvestisisya mülkiyyəti" hesabına keçirilərsə, müəssisə daşınmaz əmlakın təyinatının dəyişildiyi tarixə qədər həmin əmlakın uçotunu "Torpaq, tikili və avadanlıqların uçotu" -na uyğun olaraq aparır. Müəssisə təyinatın dəyişildiyi tarixdə daşınmaz əmlakın balans dəyəri ilə ədalətli dəyəri arasında olan istənilən fərqi yenidən qiymətləndirmə kimi uçota alır. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:
İcarədar mülkiyyət sahibi kimi icarəyə vеrilən tikili və avadanlığa görə amortizasiya hеsablayır və müqavilədə qeyd edilən şərtlər əsasında tikili və avadanlıqları təmir edir. Əməliyyat icarəsi üzrə gəlirin dəyərinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 601-5 №li "Əməliyyat icarəsi üzrə gəlir" subhesabınının krediti üzrə mühasibat yazılışı verilir. Əməliyyat icarəsi üzrə gəlirin dəyərinə görə hesablanılmış əlavə dəyər vergisinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Əməliyyat icarəsi üzrə gəlirin dəyəri müəssisəyə ödənildikdə 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının debeti və 174, 214 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İcarəçidə (icarəyə götürəndə) uçot Əməliyyat içarəsinə götürülmüş torpaq, tikili və avadanlıqlar icarəçilərin balansında uçota alınmır. Hər ay icarəçi icarə haqqını hesablayır və əməliyyat icarəsi üzrə xərclərin dəyərinə 535 №li hesabın müvafiq subhesabının debeti və 721 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir. İcarə haqqı ödənilən zaman 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti və 535 №li hesabın müvafiq subhesablarının debiti üzrə mühasibat yazılışı verilir. İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi, icarəçi üçün isə əməliyyat xərcləri kimi uçota alınır. Müxabirləşmələr aşağıdakı kimi olacaqdır:
Misal.
Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bir müəssisəyə 1 illik aylıq 10 000 manata əməliyyat icarəsinə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. İnvestisiya mülkiyyəti müəssisənin uçot siyasıtində ilkin dəyər metodu ilə uçota alınır.
Vergi uçotu Vergi uçotunda diqqət yetirilməsi olan məsələ icarə haqqının bazar qiymətinə uyğun olub -olmaması ilə bağlıdır. Belə ki, AR Vergi Məcəlləsinin 124.4. maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Məcəllənin 14-cü maddəsində deyilir:
Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: AR Vergi Məcəlləsi, Maddələr: 14.3.5. bu Məcəllənin 124.4-cu maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.
Normativ-hüquqi aktlar:
"İcarə üzrə" Kommersiya Təşkilatları üçün 14 N-li Milli Mühasibat Uçotu Standartı "Torpaq icarəsi haqqında" AR Qanunu. Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.