Xalis mənfəətin (zərərin) formalaşmasıXalis mənfəət — mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Xalis mənfəətin (zərərin) formalaşması müəssisənin son maliyyə nəticəsidir, və 801 "Ümumi mənfəət (zərər)" hesabında uçota alınır. Xalis mənfəət (zərər) bu cür hesablanmalıdır:
Hesabat ilinin sonuna 60 - 64 və 70 - 76 hesabların qalığı sıfırlanır. Bu hesabların qalıqları ilin sonunda 801 "Ümumi mənfəət (zərər)" hesabına silinir. 801 "Ümumi mənfəət (zərər)" hesabına aşağıdakı subhesablar açmaq olar:
Ümumi mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 801 №li "Ümumi mənfəət (zərər)" hesabı açılır. Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə başa vurarsa aşağıdakı mühasibat yazılışları verilir:
Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vurarsa bu zaman 341 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.
Misal.
Dəri çantaları istehsal edən fabrikin hesabat dövrü ərzində 450 000 AZN dəyərində gəlirləri olmuşdur, satılan məhsulun maya dəyəri 300 000 təşkil etmişdir, kommersiya xərcləri 60 000 AZN, inzibati xərclər 40 000 AZN təşkil etmişdir. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir:
Vergi uçotu AR Vergi Məcəlləsinin 126-cı maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Misal.
Rusiya Federasiyasında yerləşən "A" MMC-nin Bakı şəhərindəki filialı avadanlıqlarının icarəyə verilməsi ilə məşğuldur. Müəssisənin il ərzində gəlirindən gəlirlərin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra 20 000 AZN mənfəəti olmuşdur. Və filial dövlət büdcəsinə 4 000 AZN(20 000 * 20%) mənfəət vergisi ödəmişdir. Mənfəət vergisi ödənildikdən sonra qalan xalis mənfəət məbləği baş ofisə köçürülmüşdür. Belə olduqda, baş ofisə köçürülən məbləğdən AR Vergi Məcəlləsinin 126-cı maddəsinə əsasən ödəmə mənbəyində 10% vergi tutulub dövlət büdcəsinə ödənilməlidir: Xarici şirkətə ödənilən məbləğ: 16 000 - 10% = 14 400 AZN Dövlət büdcəsinə ödənilən vergi: 16 000 * 10% = 1 600 AZN
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.