Qeyri-maddi aktivlərin xaric olmasıQeyri-maddi aktivlərin müəssisənin balansından xaric olması bir neçə səbəbə görə baş verirə bilər:
Qeyri-maddi aktivin xaricolması (silinməsi, satılması və əvəzsiz verilməsi) zamanı və ya onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalar (əgər mövcuddursa) ilə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunur. Qeyri-maddi aktivin xaricolması zamanı 731 №li hesabın müvafiq subhesablarının debeti və 101 №li hesabın müvafiq subhesablarının krediti, həmçinin 102 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Silinmiş, satılmış və əvəzsiz verilmiş qeyri-maddi aktivlər üzrə zərər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
Normativ-hüquqi aktlar:
12 saylı "Qeyri-maddi aktivlər üzrə" Milli Mühasibat Uçotu Standartı. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları. Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.