Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi ilə təqdim edilməsiQeyri-maddi aktivlər həmçinin mübadilə və ya barter yolu ilə satıla bilər. Mübadilə nəticəsində alınmış aktivin ədalətli dəyəri adətən verilmiş aktivin ədalətli dəyərinə bərabər olaraq götürülür və bəzən təhvil verilmiş aktivin ədalətli dəyəri ilə pul vəsaitlərinin birləşdirilməsi əldə olunan aktivin ədalətli dəyərinə bərabər olmaya bilər. Hətta bu halda əldə olunan aktiv ilkin olaraq ədalətli dəyər ilə tanınmalıdır. Yalnız aşağıda qeyd olunan hallar bu qaydadan istisna edilir:
Əgər alınmış aktivin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu zaman həmin aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Lakin, əgər təhvil verilmiş aktivin də ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu halda alınmış aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin balans dəyəri ilə qiymətləndirilməlidir. Mübadilə nəticəsində təqdim edilmiş qeyri-maddi aktivlərlə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir: Təqdim edilmiş qeyri-maddi aktivlərin mübadiləsi məqsədi ilə təqdim edilən qeyri-maddi aktivlərin dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə; Təqdim edilmiş qeyri-maddi aktivlərin amortizasiyası 102 №li hesabın debetindən 601, 611 №li hesabların müvafiq subhesablarının kreditinə silinir, və ilkin dəyəri 101 №li hesabın kreditindən 601, 611 №li hesabların müvafiq subhesablarının debetinə silinir; Mübadilə nəticəsində təqdim edilmiş qeyri-maddi aktivlər üzrə yaranmış debitor borc məbləğləri mübadilə məqsədi ilə əldə edilmiş aktivlərin dəyərinə görə yaranan kreditor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Normativ-hüquqi aktlar:
12 saylı "Qeyri-maddi aktivlər üzrə" Milli Mühasibat Uçotu Standartı. Yazı sonuncu dəfə 2017-05-04 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.