Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması
Qeyri-maddi aktivlər təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olduqda 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının debeti və 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının krediti üzrə mühasibat yazılışı edilir. Nizamnamə kapitalına daxil edilmiş qeyri-maddi aktivin dəyəri təsisçilər tərəfindən razılaşdırılır.
Səhmlərin buraxılması ilə müəssisə tərəfindən qeyri-maddi aktivlərin əldə edilməsinə (nizamnamə kapitalı kimi qeyri-maddi aktivlərin pay kimi qoyulmasına) aşağıdakı mühasibat yazılışları verilir.
səhmlərin buraxılmasına 302 №li hesabın müvafiq subhesablarının debeti və 301 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
qeyri-maddi aktivlərin əldə edilməsinə 101, 103 №li hesabların müvafiq subhesablarının debeti və 302 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
Əsas olaraq təsis sənədləri və təhvil-təslim aktı qeyd edilir.
Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir: