e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək haqqından tutulmalar

İşçi hеyətinə hеsablanmış əmək haqqı məbəğindən aşağıdakı tutulmalar aparıla bilər:

  • gəlir vеrgisi
  • əvvəlcədən avans kimi ödənmiş əmək haqqı
  • müəssisəyə dəyən zərər üçün təqsirkar kimi işçidən tutulmalı оlan məbləğ
  • alimentlər
  • vaxtında təhtəhhesab şəxslər tərəfindən qaytarılmamış məbləğlər
  • işçiyə verilən borclar və faizlər
  • işçinin razılığı əsasında sair tutulmalar (həmkarlar təşkilatlarına üzvülük haqqı, sığorta şirkətlərinə ödəmələr və s.)
AR Əmək Məcəlləsinin 176 -cı maddəsinə əsasən:

Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması

  • Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
  • əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
  • Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Əmək haqqından bütün tutulmalar üzrə müxabirləşmələr 533 saylı "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının debetində qeydə alınır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Gəlir vergisinin tutulması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 10 000
2 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 300
3 Əvvəlcədən avans kimi ödənmiş məbləğin tutulması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 243 "Verilmiş qısamüddətli avanslar" 1 000
4 Müəssisəyə dəyən zərərə görə təqsirkar işçidən zərərin tutulması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 217 "Digər qısamüddətli debitor borcları" 2 500
5 Alimentlərin tutulması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər" 1 000
6 Vaxtında təhtəhhesab şəxslər tərəfindən qaytarılmamış məbləğlərin tutulması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 244 "Təhtəlhesab məbləğlər" 150
7 İşçiyə verilən borclar və faizlərin tutulması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 720
8 İşçinin razılığı əsasında üçüncü şəxslərin xeyrinə tutulmalar 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 545 "Digər qısamüddətli öhdəliklər" 1 000


Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2017-06-16 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.