e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək haqqının hesablanması

Əmək haqqı aşağıdakı məlumatlar əsasında hesablanır:

  • müəssisədə tətbiq edilən əmək haqqı sistemi
  • müəyyən edilmiş tariflər, məvaciblər, normalar və s.
  • işçilər tərəfindən faktiki işlənilən vaxt barədə və ya istehsal edilmiş məhsulun miqdarı barədə məlumat
Hesablanmış əmək haqqı Hesablama və ya Hesablama-ödəmə cədvəlində qeydə alınır.

Əmək haqqının hesablanması 533-cü "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 10 000
2 Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması 201 "Material ehtiyatları" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 1 000
3 Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 20 000
4 Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması 202-7 "Köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 2 200
5 Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması 721 "İnzibati xərclər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 15 000
6 Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması 711 "Kommersiya xərcləri" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 1 000


Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.