Torpaq, tikili və avadanlıqlar - tərifiTorpaq, tikili və avadanlıqlar dövriyyədən kənar maddi aktivlər olaraq, müəssisə tərəfindən aşağıdakı məqsədlər üçün istifadə olunur:
Torpaq, tikili və avadanlıqlar obyekti Maliyyə Hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslarına uyğun olaraq yalnız aşağıdakı şərtləri təmin etdikdə, aktiv kimi tanınmalıdır:
Torpaq, tikili və avadanlıq kimi tanınmamalıdır:
İki və ya daha çox müəssisənin mülkiyyətində olan torpaq, tikili və avadanlıqlar hər bir müəssisənin balansında ona düşən pay miqdarına uyğun olaraq əks olunur. Torpaq, tikili və avadanlıqlar sinfi – müəssisənin fəaliyyətində istifadə edilən və mahiyyətcə eyni olan aktivlərin növlər üzrə qruplaşdırılmasıdır. Tikilməkdə və ya hazırlanmaqda olan hər hansı torpaq, tikili və avadanlıqlar obyekti, tikinti və hazırlanma işləri başa çatanadək aşağıda qeyd olunan kateqoriyalardan birinə daxil edilməlidir:
Tikili və avadanlıqlar kateqoriyası
Nəqliyyat vasitələri kateqoriyası hava nəqliyyatı vasitələri, dəmiryol nəqliyyatı vasitələri, su nəqliyyatı vasitələri, xidmət nəqliyyatları, istehsalat nəqliyyatları, avtomobil nəqliyyatları, idman nəqliyyatları kimi siniflərə bölünə bilər. Sair torpaq, tikili və avadanlıqlar kateqoriyası təsərrüfat inventarları sinfindən ibarətdir. Təsərrüfat inventarları sinfinə iş vaxtı fəaliyyətin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvər şeylərin saxlanması üçün xüsusiləşdirilmiş qablar) və bu kimi başqa təsərrüfat inventarları aiddir. Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırıllmış məsrəflər kateqoriyası torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış məsrəflər, tikili üzrə kapitallaşdırılmış məsrəflər, avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər sinfindən ibarət ola bilər. Vergi uçotu Vergi uçotunda tikili və avadanlıqlar əsas vəsaitlər kimi tərif olunur. Belə ki, AR Vergi Məcəlləsinin 13.2.17 Maddəsinə əsasən Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan və amortizasiya edilməli olan maddi aktivlərdir. AR Vergi Məcəlləsinə görə amortizasiya olunan əsas vəsaitlər aşağıdakı kateqoriyalara ayrılır:
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları. Yazı sonuncu dəfə 2019-11-16 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.