Silinmiş ehtiyatların bərpasıMəhsul istehsalı ilə məşğul olan müəssisələrdə bəzən istehsalat sexinə material ehtiyatları artıqlaması ilə buraxılır. İstehsalat sexinə artıq buraxılmış material ehtiyatları qalıb istifadə edilməyə də bilər. Və ya müəssisədə istehsal prosesi dəyişə bilər, yeni materiallardan istifadə edilə bilər, və nəticədə, istehsalat sexində istifadə edilməmiş materiallar ehtiyatları yaranacaq. Müəssisə bu artıq qalmış materialları kənara satmağa qərar gəbul edərsə, istehsalata silinmiş material ehtiyatları istehsalatdan geri qaytarılmalıdır. İlk öncə qeyd edək ki, burada söhbət istehsalatda istifadə edilməmiş və öz ilkin istehlak xüsusiyyətlərini itirməyən material ehtiyatlarından gedir. Bu material ehtiyatlarını istehsalat tullantılarına aid etmək olmaz, çünki onlar ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirmirlər. Və eyni zamanda, onlar növbəti istehsal mərhələsinə keçirilən yarımfabrikatlara da aid deyillər. Mühasibat uçotu 611-7 №li "Silinmiş ehtiyatların bərpası" subhesabında mühasibat uçotu subyektinin səhvən silinmiş ehtiyatlarının uçotda bərpa edilməsi nəticəsində yaranan gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 201, 204, 205, 206, 207, 231 №li hesabların müvafiq suhesablarının debeti və 611-7 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. Silinmiş ehtiyatların dəyəri bərpa edilən zaman eyni dəyər ilə uçota alınır. Silinmiş ehtiyatların bərpası nəticəsində yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 611-7 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Misal.
Stulların istehsalı üçün istehsalat sexinə dəyəri 0.05 AZN olan 1 000 əd şurup silinmişdir. İşlər bitdikdən sonra 120 şurup istifadə edilməmişdir. Və onları yenidən anbara qaytarmaq qərara alınmışdır. Silinmiş ehtiyatların bərpası üçün aşağıdakı müxabirləşmələr ediləcəkdir:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.