Kassa əməliyyatlarının aparılma qaydalarıKassa əməliyyatları — nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu. Kassir(Xəzinadar) — kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs. Kassa sənədləri Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilirlər. Kassa əməliyyatlarını aparan şəxslər Kassa əməliyyatlarını birbaşa kassir(xəzinadar) yerinə yetirir. Kassir (xəzinədar) ştatı olmadıqda həmin vəzifəni müəssisənin rəhbərinin yazılı sərəncamı əsasında digər işçi və ya müəssisənin rəhbəri yerinə yetirir. Kassir vəzifəsinə təyin edilmiş şəxs öz vəzifə və öhdəlikləri ilə rəsmi tanış olur və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanılır. Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün kassa sənədlərini tərtib edə bilərlər:
Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassa limiti Kassa limiti 03 Mart 2006-cı ilə kimi "Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarı ilə müəyyən edilirdi. Bu Qərarın 3-cü bəndinə əsasən müvəkkil banklarla bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında müqavilə əsasında kassa limiti müəyyən edilməli, müəssisə və təşkilatlar üçün kassa limitinin məbləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox ola bilməz. 03 Mart 2006-cı il tarixindən etibarən bu Qərar qüvvədən düşüb. Və kassa limiti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Lakin müəssisə, öz daxili uçot siyasətinə əsasən kassa limiti ilə bağlı hər-hansı məhdudiyyətlər qoya bilər. Və ya kassa limiti müəssisə ilə ona xidmət göstərən bank arasında bağlanılan müqavilədən asılı ola bilər. Müəssisəyə kredit verən bank müəssisəyə kassa limiti ilə bağlı öz şərtini qoya bilər. Kassada olan nağd pul və digər qiymətlilərin saxlanılması və qorunması Müəssisələrdə kassada olan nağd pul və digər qiymətlilərin saxlanılması və qorunması qaydaları müəssiəsnin daxil uçot siyasəti ilə müəyyən edilir. Kassanın inventarizasiyası Kassanın inventarizasiyası "Aktivlərin və öhdəliklərin inventarizasiyası" Qaydalarına əsasən aparılır. İnventarizasiya zamanı kassada olan pul vəsaitlərin mövcudluğu və kassada olan pul vəsaitlərinin mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi yoxlanılmalıdır. Nəzarət-kassa aparatlarının tətbiqi Nəzarət-kassa aparatı — malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri. AR Vergi Məcəlləsinin 16.1.8 maddəsinə əsasən müəyyən fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları müəyyən edilən meyarlara cavab verən və AR Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Aşağıda qeyd edilən bəzi fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nəğd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmaqdan azaddırlar:
Kassa sənədlərinin tərtib edilməsi Kassa sənədləri əllə və ya xüsusi texniki avadanlığın istifadəsi ilə doldurulur və şəxsi imzalar ilə rəsmiləşdirilir. Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın doldurulmalıdır. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir. Xəzinədar kassa mədaxil və məxaric orderlərini və ya onlara əlavə edilən kassa sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:
Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.