Ehtiyat kapitalının formalaşmasıNizamnamə üzrə ehtiyat Müəssisənin Nizamnaməsində nəzərdə tutulduğu halda müəssisədə "Ehtiyat Kapitalı(Fondu)" yaradıla bilər. Qanunvericilikdə məhdud məsuliyyətli cəmiyyətlərin Ehtiyat Kapitalı(Fondu) yaratmaq tələbi yoxdur. Lakin, "Ehtiyat Kapitalı" cəmiyyətin təsisçilərinin yığıncağının qərarı ilə cəmiyyətin Nizamnaməsinə daxil edilə bilər. Qərarda "Ehtiyat Kapitalının(Fondunun)" həcmi, ora olan illik köçürmələr və ondan istifadə qaydaları qeyd edilir. 334 №li "Nizamnamə üzrə ehtiyat" hesabında səhmdarlar arasında bölüşdürülməsi mümkün olmayan mühasibat uçotu subyektinin nizamnaməsinə əsasən yaradılan ehtiyat barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Nizamnamə üzrə ehtiyatın yaradılması zamanı 341, 343 №li hesabların müvafiq subhesablarının debeti və 334 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Nizamnamə üzrə ehtiyatın istifadəsinə görə 334 №li hesabın müvafiq subhesablarının debeti və 538, 545 №li və ya ehtiyatlardan istifadə üzrə müvafiq hesabların subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Nizamnamə üzrə ehtiyat geri qaytarıldığı halda 334 №li hesabın müvafiq subhesablarının debetində və 341, 343 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
Misal.
Müəssisənin hesabat ilinin sonuna 350 000 AZN xalis mənfəəti yaranmışdır. Müəssisə sahiblərinin (təsisçilərinin) illin yığıncağında verilən qərara görə cəmiyyətin Nizamnaməsinə edilən dəyişikliyə əsasən hər ilin sonunda xalis mənfəətin 50% dividend kimi ödənilsin, 30% ehtiyat fonduna yönəldilsin, 20% -da əlillərin yardım fonduna köçürülsün. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir
Qanunvericilik üzrə ehtiyat Bundan başqa, qanunvericilik ilə müəssisədə "Ehtiyat Kapitalı(Fondu)" yaratmaq tələbil ola bilər. Belə olduqda, müəssisə təsis edilərkən Nizamnaməsində bu "Ehtiyat Kapitalının(Fondunun)" miqdarı, formalaşması və istifadəsi barədə müddəalar olmalıdır. Beləki, kommersiya banklarında "Ehtiyat Fondu" məcburi qaydada və bir qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaradılır. Səhmdar cəmiyyətində ehtiyat kapital (fond) qüvvədə olan qanunvericiliyə müvafiq qaydada yaradılır və zərərlərin ödənilməsi üçün, eləcə də səhmdar cə miyyətinin istiqrazlarının ödənilməsi və başqa vəsaitlər olmadıqda onun səhmlərinin girovdan çıxarılması üçün nəzərdə tutulmuşdur. Səhmdar cəmiyyətində ehtiyat fondunun həcmi təşkilatın nizamnaməsi ilə müəyyən edilir, lakin o, nizamnamə kapitalının 15%-dən az ola bilməz. Başqa təşkilatlarda ehtiyat kapitaldan istifadə edilməsi qaydası onların nizamnamələri ilə müəyyən edilir. Ehtiyat fondunun vəsaitləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məbləğə çatana qədər bu fonda illik ayırmaların həcmi xalis mənfəətin 5%-dən az ola bilməz. Qanunvericiliyə əsasən ehtiyat fondunun yaradılması nəzərdə tutulmayan təşkilatlarda bu fond xalis mənfəət hesabına yaradıla bilər. Bundan başqa, AR Vergi Məcəlləsinin 112-ci maddəsinə əsasən sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir. 333 №li "Qanunvericilik üzrə ehtiyat" hesabında səhmdarlar arasında bölüşdürülməsi mümkün olmayan qanunvericilik aktlarına əsasən müəyyən edilmiş kapital ehtiyatları üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Qanunvericilik üzrə ehtiyatın yaradılması zamanı 341, 343 №li hesabların müvafiq subhesablarının debeti və 333 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. 31.9. Qanunvericilik üzrə ehtiyatın istifadəsi üzrə 333 №li hesabın müvafiq subhesablarının debeti və 538, 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. 31.10. Qanunvericilik üzrə ehtiyat geri qaytarıldığı halda 333 №li hesabın müvafiq subhesablarının debetində və 341, 343 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Digər ehtiyatlar Bundan başqa, müəssisələr digər məqsədləri üçün "Digər Ehtiyat Kapitalı(Fondu)" yarada bilərələr. 335 №li "Digər ehtiyatlar" hesabında mühasibat uçotu subyektinin öz istəyi ilə yaradılan sair ehtiyatlar üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Belə ehtiyatlar, onların təyinatı, yaranması və istifadəsindən asılı olaraq, bölüşdürülməsi mümkün olan və ya mümkün olmayan komponentlərə aid edilə bilər. Digər ehtiyatların yaradılması zamanı 341, 343 №li hesabların müvafiq subhesablarının debeti və 335 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Digər ehtiyatların istifadəsi üzrə 335 №li hesabın müvafiq subhesablarının debeti və 534, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Digər ehtiyatlar geri qaytarıldığı halda 335 №li hesabın müvafiq subhesablarının debetində və 341, 343 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-04 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.