Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşa(istehsal) edilməsiTikili və avadanlıqlar təsərrüfat üsulu ilə inşa edildikdə və ya quraşdırıldıqda onlar mühasibat uçotunda ilkin dəyər ilə qiymətləndirilir. İlkin dəyər onların tikilməsinə və quraşdırılmasına çəkilən məsrəflərin cəmindən formalaşır (materialların alışına çəkilən xərclər, avadanlıqların alınması və quraşdırılması, işçilərin əmək haqqısı və s.). Tikinti-quraşdırma işləri bitdikdə işlər akt ilə sənədləşdirilir, aktda tikinti-quraşdırma işlərinin smeta dəyəri qeyd edilir. Bu akt əsasında mühasibatlıqda aşağıdakı müxabirləşmələr aparılır: Tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması zamanı 113 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.
Misal
Müəssisə hesabat ilinin oktyabr ayında anbar tikintisə başlamışdır. Tkinti təsərrüfat üsulu ilə aparılır. Anbar binasının tikintisinə çəkilən məsrəflər aşağıdakı kimi olmuşdur:
Vergi uçotu AR Vergi Məcəlləsinin 143-cü "Aktivlərin dəyəri" Maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər daxil edilir. Bu səbəbdən də, vergi uçotunda tikili və avadanlıqların dəyərinə daxil olan məsrəflər sənədləşdirilməli və iqtisadi olaraq əsaslandırılmalıdır.
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.