Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılmasıMüəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına cavab verdiklərini qiymətləndirmək məqsədi ilə müəssisə aktivin yaradılmasını tədqiqat və təcrübə-konstruktor işləri mərhələlərinə bölür. Tədqiqat yeni elmi və ya texniki nailiyyətlərin və ideyaların əldə olunması üçün planlı və məqsədli elmi-teхniki araşdırmaların həyata keçirilməsidir. Təcrübə-kоnstruktоr işləri yeni və ya daha təkmil materialların, qurğu və cihazların, məhsulların, proseslərin, sistem və ya xidmətlərin, onların kommersiya yolu ilə istehsalı və ya istifadəsindən əvvəl, planlaşdırılması və ya layihələşdirilməsi nəzərdə tutulan tədqiqat nəticələrinin və digər biliklərin tətbiq olunmasıdır. Təcrübə-konstruktor işləri zamanı yaranmış qeyri-maddi aktivlər müəssisə tərəfindən yalnız onun aşağıdakı şərtlərin təmin edilməsini nümayiş etdirmək iqtidarında olduğu halda tanına bilər:
Əgər müəssisə qeyri-maddi aktivi yaratmaq üçün daxili layihənin tədqiqat mərhələsini təcrübə-konstruktor işləri mərhələsindən fərqləndirə bilmirsə, bu zaman mühasibat uçotu subyekti bu layihə üzrə məsrəfləri yalnız tədqiqat mərhələsi zamanı yaranmış məsrəflər kimi uçota alır. Tədqiqat mərhələsi üzrə (və ya daxili layihənin tədqiqat mərhələsindən) qeyri-maddi aktiv yaranmır. Bu zaman tədqiqat mərhələsi üzrə məsrəflər (və yaxud daxili layihənin tədqiqat mərhələsi zamanı yaranmış məsrəflər) yarandığı andan etibarən hesabat dövrünün xərcləri kimi uçotda əks etdirilir. Belə ki, 731 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 207, 241-1, 244, 432, 434, 435, 521, 522, 523, 531, 532, 533, 537, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Təcrübə-konstruktor işləri zamanı yaranmış qeyri-maddi aktivlər (və yaxud daxili layihənin təcrübə-konstruktor işləri mərhələsi çərçivəsində yaranmış qeyri-maddi aktivlər) üzrə məsrəflər qeyri-maddi aktivlərin kapitallaşdırılması kimi uçotda əks etdirilir. Bu zaman 103 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 207, 241-1, 244, 431, 432, 434, 435, 521, 522, 523, 531, 532, 533, 537, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Əldə edilmiş qeyri-maddi aktivlər istifadəyə verildikdə 101 №li hesabın müvafiq subhesablarının debeti və 103 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Misal
Kosmetika məhsullarının istehsalı ilə məşğul olan müəssisə yeni növ üz kremi formulunu hazırlamaq üçün 01.08.2016-cı il tarixində tətqiqat işlərinə başlamışdır. 31.12.2016-cı il tarixinə kimi hazırlanan yeni növ üz kremi formulu hazırlanmışdır və ilkin sınaqlardan keçmişdir. Nəticə olaraq müəssisə istehsal etmək istədiyi formulu almışdır. Bu dövr ərzində tətqiqat işlərinə 35 000 manat xərclənmişdir. 31.03.2017-ci il tarixinə kimi yeni üz kremi formulu son sınaqlardan keçmiş, ona cüzi dəyişikliklər edilmişdir. 30.06.2017 tarixinə kimi yeni kremin istehsalı üçün hazırlıq işlərinə başlanılmışdır, müvafiq patent və lisenziyalar alınmışdır. 01.01.2017-30.06.2017 dövr ərzində müəssisə tərəfindən yeni üz kremi formulu üçün 25 000 manat xərclənmişdir. Beləliklə, 31.12.2016 tarixinə kimi çəkilən 35 000 manat xərc tətqiqat işlərinə çəkilən xərclərdir, və hesabat dövrünün xərcləri kimi uçotda əks olunacaqdır. 01.01.2017-30.06.2017 tarixində çəkilən 25 000 manat xərclər isə təcrübə işlərinə çəkilən xərclərdir, və qeyri-maddi aktivin (krem formulasının) kapitallaşdırılması kimi uçotda əks olunacaqdır. Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
Normativ-hüquqi aktlar:
12 saylı "Qeyri-maddi aktivlər üzrə" Milli Mühasibat Uçotu Standartı. Yazı sonuncu dəfə 2018-12-10 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.