e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Müavinətlər

Sosial Müavinətlər haqqında Azərbaycan Respublikasının qanunua əsasən:

Sosial müavinətlər — bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Qanuna əsasən aşağıdakı müavinətlər təyin edilir:

  1. Aylıq müavinətlər;
    1. dövlət qulluqçularına ömürlük müavinət;
    2. yaşa görə müavinət;
    3. əlilliyə görə müavinət;
    4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;;
    5. ailə başçısını itirməyə görə müavinət;
    6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
    7. üç yaşınadək uşağa qulluğa görə müavinət;
    8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
    9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət:
    10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
  2. Birdəfəlik müavinətlər:
    1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
    2. uşağın anadan olmasına görə müavinət;
    3. dəfn üçün müavinət.
Sosial sığorta hadisəsi hesab olununan - Hamiləliyə və doğuma görə müavinətƏmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət.
N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Sosial müavinətin hesablanması 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" -
2 Sosial müavinətin ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" -


Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.