e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin aktivlərin mübadiləsi hesabına alınması

Qeyri-maddi aktivlər həmçinin mübadilə və ya barter hesabına əldə edə bilər. Bu yolla əldə edilmiş qeyri-maddi aktivlər ədalətli dəyərə bərabər olan ilkin dəyərlə qiymətləndiriləcək.

Mübadilə nəticəsində təhvil verilmiş aktivin ədalətli dəyəri adətən əldə olunmuş aktivin ədalətli dəyərinə bərabər olaraq götürülür və bəzən təhvil verilmiş aktivin ədalətli dəyəri ilə pul vəsaitlərinin birləşdirilməsi əldə olunan aktivin ədalətli dəyərinə bərabər olmaya bilər. Hətta bu halda əldə olunan aktiv ilkin olaraq ədalətli dəyər ilə tanınmalıdır.

Yalnız aşağıda qeyd olunan hallar bu qaydadan istisna edilir:

  • mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda; və ya
  • mübadilə edilən aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.

Əgər alınmış aktivin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu zaman həmin aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Lakin, əgər təhvil verilmiş aktivin də ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu halda alınmış aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin balans dəyəri ilə qiymətləndirilməlidir.

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərin mühasibat uçotunda əks etdirilməsi üçün 103 №li hesabın müvafiq subhesablarının debeti və 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə;

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 №li subhesabın debeti və 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının krediti üzrə;

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;

Mübadilə edilmiş aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 113 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə;

Əldə edilmiş qeyri-maddi aktivlərin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərin dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;

Əldə edilmiş qeyri-maddi aktivlərin mübadiləsi məqsədi ilə təqdim edilən aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş aktivlərin dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 435, 531, 532, 535, 536, 538 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.

Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği olduğu hallarda həmin amortizasiya məbləği mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.

Yazı sonuncu dəfə 2017-04-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.