Əsas istehsalat məsrəflərinin mühasibat uçotuMühasibat uçotunda istehsal ilə bağlı məsrəflər aşağıdakı qruplara bölünür:
Mühasibat uçotunda birbaşa məsrəflərə istehsal edilən məhsulun (xidmətlərin, işlərin) hazırlanması ilə birbaşa bağlı olan məsrəflər aiddir. Dolayı məsrəflərə inzibati-idarəetmə istehsal məsrəfləri kimi tanınan istehsalat rəhbərlərinin və sair istehsalat işçilərinin əmək haqqları aiddir. Dolayı məsrəflər istehsal edilən məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə birbaşa aid edilə bilmirlər. Dolayı məsrəflər istehsal edilən məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə müəyyən edilmiş baza əsasında proporsional bolüşdürülür. Bildiyimiz kimi, əsas istehsal ilə bağlı olan köməkçi istehsal və texniki dəstək xidmətləri də olur. Köməkçı istehsalat və texniki dəstək xidmətləri ilə bağlı olan məsrəflər dolayı məsrəflər hesab edilərək, hazırlanan məhsullara müəyyən edilmiş baza əsasında bölüşdürülür. Məhsulların (xidmətlərin, işlərin) hazırlanması ilə bağlı olan məsrəflər 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" hesabında uçota alınır. 202 №li "İstehsalat (iş və xidmət) məsrəfləri" hesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərinin həyata keçirilməsi prosesində məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. 202 №li "İstehsalat (iş və xidmət) məsrəfləri" hesabına aşağıdakı subhesablar açılır:
202-1 №li "İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" subhesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərin həyata keçirilməsi prosesində istifadə edilmiş xammal və materialların dəyəri əks etdirilir. 202-2 №li "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər" subhesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərin həyata keçirilməsi prosesi ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərinin dəyəri əks etdirilir. 202-3 №li "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları" subhesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərin həyata keçirilməsi prosesi ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesablanılan sosial sığorta ayırmalarının dəyəri əks etdirilir. 202-4 №li "İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri" subhesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərin həyata keçirilməsi prosesində istifadə olunmuş aktivləri üzrə amortizasiya məsrəflərinin dəyəri əks etdirilir. 202-5 №li "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" subhesabında mühasibat uçotu subyektinin istehsal, iş və xidmətlərin həyata keçirilməsi prosesi ilə əlaqədar 202-1 - 202-4 №li subhesablarda əhatə olunmayan sair məsrəflərinin dəyəri əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-10-22 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.