e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi

İnventarizasiya qurtardıqdan sonra inventarlaşma komissiyasi müəssisə (təşkilat) rəhbəri tərəfindən qəbul edilən qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. Bundan sonra inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin tənzimlənməsi qaydası müəyyən olunur.

İnventarizasiyanın nəticəsi onun aparılmasından sonra 10-gün ərzində uçotda əks etdirilməlidir.

Müəssisənin aktivlərinin əskik gəlməsi zamanı əskikgəlmələr səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr müəyyən edildiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına aid edilməklə aşağıdakı mühasibat yazılışları verilir:

  • bazar qiyməti məbləğinə 217 №li hesabın müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • həmin aktivlər aksiz vergisinin obyekti olan material ehtiyatları və hazır məhsullar olduqda həmin aktivlər üzrə aksiz vergisinin məbləğinə 217 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • həmin aktivlər bazar qiyməti məbləğinə görə hesablanılmış əlavə dəyər vergisinə 217 №li hesabın müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • aktivlərin ilkin dəyərinə 731-10 №li hesabın müvafiq subhesablarının debeti və 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 204, 205, 206, 207 №li hesabların müvafiq subhesablarının krediti üzrə, onların yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 102, 112, 122, 132, 142, 208 №li hesabın müvafiq subhesablarının debeti və 731-10 №li subhesabının krediti üzrə;
  • aktivlərin balans dəyəri bazar qiymətindən yuxarı olduqda, balans dəyəri ilə bazar qiyməti arasındakı fərq məbləğinə görə hesablanmış əlavə dəyər vergisinə 731-10 №li subhesabının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti üzrə, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

731-10 №li "Digər əməliyyat xərcləri" subhesabının debetində və 611 №li hesabın kreditində yığılmış məbləğlər müvafiq olaraq hesabat dövrünün zərəri və gəliri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və kreditində əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit
1 Əskik gəlmiş aktivlər üzrə təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olan hallarda bazar qiyməti məbləğinə 217 "Digər qısamüddətli debitor borcları" 611-10 "Digər əməliyyat gəlirləri"
2 Əskik gəlmiş aktivlər aksiz vergisinin obyekti olan material ehtiyatları və hazır məhsullar olduqda 217 "Digər qısamüddətli debitor borcları" 521-4 "Vergi öhdəlikləri-Aksizlər"
3 Əskik gəlmiş aktivlər bazar qiyməti məbləğinə görə hesablanılmış ƏDV-yə cəlb olunur 217 "Digər qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri-ƏDV"
4 Əskik gəlmiş aktivlərin ilkin dəyəri silinir 731-10 №li "Digər əməliyyat xərcləri" 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 204, 205, 206, 207
4 Əskik gəlmiş aktivlər üzrə yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri silinir 102, 112, 122, 132, 142, 208 731-10 №li "Digər əməliyyat xərcləri"
5 Əskik gəlmiş aktivlərin balans dəyəri bazar qiymətindən yuxarı olduqda - fərq məbləğinə görə hesablanmış ƏDV 731-10 №li "Digər əməliyyat xərcləri" 521-3 №li "Vergi öhdəlikləri-ƏDV"

Müəssisənin aktivlərinin əskik gəlməsi zamanı müvafiq təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda, bu əskikgəlmələr mühasibat uçotu subyektinin xərcinə aid edilməklə 731-10 №li "Digər əməliyyat xərcləri" subhesabın debetində və 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 204, 205, 206, 207 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Əskik gəlmiş aktivlər üzrə yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri mövcud olduqda 102, 112, 122, 132, 142, 208 №li hesabların müvafiq subhesablarının debeti və 731-10 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Əskik gəlmiş aktivlər üzrə hesablanmış əlavə dəyər vergisi məbləğinə aşağıdakı mühasibat yazılışları verilir:

  • əvəzləşdirilməyən hallarda 731-10 №li subhesabının debeti və 241-1 №li subhesabın krediti üzrə;
  • əvəzləşdirilən hallarda 731-10 №li subhesabının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

731-10 №li "Digər əməliyyat xərcləri" subhesabının debetində yığılmış məbləğlər hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-10 №li subhesabın kreditində əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit
1 Əskik gəlmiş aktivlər üzrə təqsirkar şəxslərin müəyyən edilməsi mümkün olmayan hallarda 731-10 №li "Digər əməliyyat xərcləri" 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 204, 205, 206, 207
2 Əskik gəlmiş aktivlər üzrə yığılmış amortizasiya məbləğləri və qiymətdəndüşmə zərərləri silinir 102, 112, 122, 132, 142, 208 731-10 №li "Digər əməliyyat xərcləri"
3-1 Əskik gəlmiş aktivlər üzrə hesablanmış ƏDV əks etdirilir - əvəzləşdirilməyən hallarda 731-10 №li "Digər əməliyyat xərcləri" 241-1 №li "Əvəzləşdirilən əlavə dəyər vergisi"
3-2 Əskik gəlmiş aktivlər üzrə hesablanmış ƏDV əks etdirilir - əvəzləşdirilən hallarda 731-10 №li "Digər əməliyyat xərcləri" 521-3 №li "Vergi öhdəlikləri-ƏDV"
4 Əskik gəlmiş aktivlərin hesabat dövrünün zərəri kimi tanınması 801 №li "Ümumi mənfəət (zərər)" 731-10 №li "Digər əməliyyat xərcləri"

Artıq gəlmə kimi müəyyən olunmuş əsas vəsaitlər, material dəyərliləri, pul vəsaitləri və digər aktivlər mədaxil edilməli və onların baş verməsində günahkar olan şəxslər təyin edilməklə müəssisə və təşkilatın maliyyə nəticəsinə aid edilməlidir.

Müəssisənin aktivləri üzrə artıqgəlmələr istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri mühasibat uçotu subyektinin gəlirinə aid edilməklə 101, 103, 111, 113, 121, 123, 131, 141, 193, 201, 204, 205, 206, 207, 221 №li hesabların müvafiq subhesablarının debetində və 611 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit
1 Artıq gəlmə kimi müəyyən olunmuş əsas vəsaitlər, material dəyərliləri, pul vəsaitləri və digər aktivlər 111, 201, 221 611

Vergi uçotu

İnventarizasiya zamanı aktivlərin əskik və ya artıq gəlməsi zamanı bu hadisələrin vergi uçotunda ƏDV və mənfəət (gəlir) vergisinə cəlb olub-olunmaması məsələsinə diqqət etmək lazımdır.

Belə ki, AR Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya alma hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır. Beləliklə, bu aktivlər balans dəyərləri ilə ƏDV cəlb edilməlidir.

Bundan

Yazı sonuncu dəfə 2018-08-24 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.