e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maya dəyərinin kalkulyasiyası metodları

Məhsulun (işin, xidmətin) maya dəyəri istehsal (xidmət) prosesində istifadə olunan xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər xərcləri özündə əks etdirir.

Müəssisə, istehsal edilən məhsulun qiymətinin müəyyən edilməsi üçün, müxtəlif maya dəyərinin kalkulyasiyası metodlarından istifadə edə bilər.

Kalkulyasiya metodunun seçiminə müəssisənin sahəvi xüsusiyyəti, istehsal edilən məhsulların müxtəlifliyi, tətbiq edilən texnoloqiya, istehsalın müddəti təsir edə bilər.

Bir neçə kalkulyasiya metodu mövcuddur:

  • mərhələ metodu;
  • proseslər metodu;
  • sifariş metodu;
  • normativ metod (Standart kostinq);
  • birbaşa məsrəflər əsasında kalkulyasiya metodu (Direkt kostinq);
  • tam maya dəyərinin kalkulyasiya metodu (Abzorbşn kostinq).

Məhsulun maya dəyərinin kalkulyasiyası istehsalatın uçotunun son mərhələsi hesab olunur.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-11-29 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.