e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşa(istehsal) edilməsi

Tikili və avadanlıqlar təsərrüfat üsulu ilə inşa edildikdə və ya quraşdırıldıqda onlar mühasibat uçotunda ilkin dəyər ilə qiymətləndirilir. İlkin dəyər onların tikilməsinə və quraşdırılmasına çəkilən məsrəflərin cəmindən formalaşır (materialların alışına çəkilən xərclər, avadanlıqların alınması və quraşdırılması, işçilərin əmək haqqısı və s.).

Tikinti-quraşdırma işləri bitdikdə işlər akt ilə sənədləşdirilir, aktda tikinti-quraşdırma işlərinin smeta dəyəri qeyd edilir. Bu akt əsasında mühasibatlıqda aşağıdakı müxabirləşmələr aparılır:

Tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması zamanı 113 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

Misal

Müəssisə hesabat ilinin oktyabr ayında anbar tikintisə başlamışdır. Tkinti təsərrüfat üsulu ilə aparılır. Anbar binasının tikintisinə çəkilən məsrəflər aşağıdakı kimi olmuşdur:

  • tikinti materialları - 21 240 manat (o cümlədən ƏDV 3 240 manat)
  • işçilərin əmək haqqısı - 10 400 manat (o cümlədən hesablanan sığorta haqqları)
  • tikinti avadanlıqların amortizasiyası - 5 200 manat

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Anbar binasının tikintisi üçün materialların alışı. 201 "Material ehtiyatları" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 18 000
2 Anbar binasının tikintisi üçün materialların alışı - ƏDV. 241-1 "ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 3 240
3 Anbar binasının tikintisi zamanı istifadə edilən materiallar. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 201 "Material ehtiyatları" 18 000
4 Tikili və avadanlıqların yaradılması zamanı hesablanan işçilərin əmək haqqısı. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 8 400
5 Tikili və avadanlıqların yaradılması zamanı əmək haqqı məsrəflərinə hesablanan sığorta öhdəlikləri. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 2 000
5 Tikili və avadanlıqların yaradılması zamanı müəssisəyə məxsus istifadə edilən avadanlıqların amortizasiyası hesablanır. 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 5 200
6 Anbar binasının istismara verilməsi. 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 33 600

Vergi uçotu

AR Vergi Məcəlləsinin 143-cü "Aktivlərin dəyəri" Maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər daxil edilir.

Bu səbəbdən də, vergi uçotunda tikili və avadanlıqların dəyərinə daxil olan məsrəflər sənədləşdirilməli və iqtisadi olaraq əsaslandırılmalıdır.

Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.