e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin silinməsi

Qeyri-maddi aktivin silinməsi zamanı və ya onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalar (əgər mövcuddursa) ilə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunur.

Qeyri-maddi aktivin xaricolması zamanı 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının debeti və 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabın müvafiq subhesablarının krediti, həmçinin 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabın müvafiq subhesablarının debeti və 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının krediti üzrə mühasibat yazılışı verilir.

Silinmış qeyri-maddi aktivlər üzrə zərər 801 "Ümumi mənfəət (zərər)" hesabın müvafiq subhesablarının debeti və 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının kreditində əks etdirilir.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Qeyri-maddi aktivin ilkin dəyəri silinir 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" 101 "Qeyri-maddi aktivlərin dəyəri" -
2 Hesablanan amortizasiyanın silinməsi 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" -
3 Qeyri-maddi aktivin silinməsindən yaranan zərər 801 "Ümumi mənfəət (zərər)" 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" -


Yazı sonuncu dəfə 2019-05-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.