e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitlərinin ekvivalentləri əsasən investisiya və ya digər məqsədlər üçün deyil, qısamüddətli maliyyə öhdəliklərinin həyata keçirilməsi üçün istifadə olunur. İnvestisiyalar pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilmək üçün müəyyən məbləğdə pul vəsaitlərinə asanlıqla çevrilmək qabiliyyətinə malik olmalıdır və dəyərin dəyişməsi nəticəsində əhəmiyyətli riskə məruz qalmamalıdır. Yəni investisiyalar, pul vəsaitlərinin ekvivalenti kimi yalnız o zaman tanınır ki, ilkin tarixdən 3 ay və ya daha qısa müddətli ödəmə müddətinə malik olsun.

5 N-li "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" Milli Mühasibat Uçotu Standartına əsasən:

Pul vəsaitlərinin ekvivalentləri qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və bu aktivlər üzrə dəyərin dəyişməsi riskinə cüzi məruz qalan yüksək likvidli qoyuluşlardır.

Pul vəsaitlərinin ekvivalentləri pulları əvəz etmir, lakin onlar elə maliyyə aktivləridir ki, onlar pula dərhal çevrilə bilər. Pul vəsaitlərinin ekvivalentlərinə aşağıdakı aktivləri əlavə etmək olar:

  • qısamüddətli bank depozitləri və depozit sertifikatları;
  • satılması və ya ödənilməsi 3 aydan çox olmayan qiymətli kağızları (səhmlər, maliyyə vekselləri, istiqrazlar);
  • başqa müəssisələrə təqdim edilən və qaytarılması 3 aydan çox olmayan qısamüddətli borclar və s.

Pul vəsaitlərinin ekvivalentlərinin alınması 225 "Pul vəsaitlərinin ekvivalentləri" heabının debetində və 223 "Bank hesablaşma hesabları" hesabının və başqa maddi və sair qiymətlilər hesablarının kredetində əks etdirilir.

Pul vəsaitlərinin ekvivalentlərinin satılması 611 "Sair əməliyyat gəlirləri" hesabın debetində və 225 "Pul vəsaitlərinin ekvivalentləri" heabının kredetində əks olunur.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2017-06-17 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.