e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Hüquqi şəxsin qeydiyyatı

AR Mülki Məcəlləsinə əsasən:

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

AR hüquqi şəxslərin qeydiyyat sistemi əsasən aşağıdakı qanunvericilik aktlarla tənzimlənir:

  • Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında Qanun (bundan sonra Dövlət Qeydiyyatı haqqında Qanun) ;
  • Mülki Məcəllə;
  • Vergi Məcəlləsi;
  • VN-nin təlimatları
Bu qanunvericilik aktları huquqi şəxslərin dövlət qeydiyyatı ucun əsas şərt və müddəaları müəyyən edir. BPS qeydiyyat xidmətini səmərəli şəkildə həyata kecirmək ücün vahid ərizə forması tətbiq olunmuşdur. Bu ərizə forması vergi orqanları, habelə DSMF və DSK-da qeydiyyatdan keçmək ücün tələb olunan bütün məlumatları əhatə edir. Bu o deməkdir ki, sahibkarlar müxtəlif dövlət orqanlarına deyil, sadəcə yerli qeydiyyat idarəsinə müraciət etməlidirlər

Bunlarla yanaşı, VÖEN bütün hüquqi şəxslər üçün vahid eyniləşdirmə nömrəsi kimi tətbiq olunduğundan, vergi ödəyicilərinin qeydiyyatı biznesin qeydiyyatı ilə eyni vaxtda aparılır. Bundan əlavə, ərizəçilərdən artıq şirkətlərinin geniş və əhatəli nizamnamələrinin təqdim edilməsi tələb olunmur. Şirkət nizamnaməsinin iki səhifəlik standart formasını qeydiyyat idarələri və yaxud VN-nin vebsaytı vasitəsilə pulsuz əldə etmək olar.

Mülki Məcəllədə MMC-nin nizamnamə kapitalı üçün konkret məbləğ göstərilmir. Prinsipcə, bu, 1 Azərbaycan manatından başlayaraq istənilən məbləğ ola bilər. MMC üçün dövlət qeydiyyatı rüsumu dəyişməz qalaraq 11 AZN təşkil edir ki, bu da bank vasitəsilə ödənilməlidir.

Ümumilikdə şirkətin qeydiyyatı məqsədilə sahibkarlar qeydiyyat idarəsinə 6 sənəd təqdim etməlidir. Qeyd etmək lazımdır ki, ərizə forması və şirkətin hüquqi ünvanını təsdiq edən sənəd əvvəlcədən notariat qaydasında təsdiq edilməlidir (bax Haşiyə 1). Dövlət Qeydiyyatı haqqında Qanunda ərizə formasının notariat qaydasında təsdiqi tələb olunsa da, şirkətin hüquqi ünvanını təsdiq edən sənəd barədə belə tələb qoyulmur. Bununla belə, Mülki Məcəllənin 146.1-ci maddəsi sahibkarlardan bunu etməyi tələb edir.

Haşiyə 1. Sahibkarlar öz bizneslərini qeydiyyatdan keçirmək üçün yalnız 6 sənəd təqdim etməlidirlər

  1. Ərizə forması (notariat qaydasında təsdiq edilmiş). Ərizədə aşağıdakılar göstərilir:
    • Təsisçi fiziki şəxs olduqda: onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənəd (seriya, nömrə, verilmə tarixi, sənədi verən orqan, etibarlıq müddəti, ünvan);
    • Təsisçi hüquqi şəxs olduqda: onun adı, hüquqi ünvanı, qeydiyyat nömrəsi;
    • Ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda: onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənəd (seriya, nömrə, verilmə tarixi, sənədi verən orqan, ünvan) və vəkalətnamə haqqında məlumatlar.
  2. Təsis sənədləri – təsisçi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq olunmuş nizamnamə, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;
  3. Dövlət qeydiyyatı rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi;
  4. Təsisçi hüquqi şəxs olduqda: onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; təsisçi fiziki şəxs olduqda: onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
  5. Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd (notariat qaydasında təsdiq edilmiş icarə, kirayə, pulsuz istifadə müqaviləsi, obyektin hüquqi ünvanından istifadə etmək barədə təsdiq olunmuş razılıq) və ya obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  6. Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti.
Dövlət Qeydiyyatı haqqında Qanuna əsasən, hər hansı catışmamazlıqlar, yaxud imtina üçün əsas olmadıqda, qeydiyyat şəhadətnaməsinin verilməsilə bağlı qərar vahid ərizə formasının qəbul olunduğu tarixdən sonra üç gün ərzində verilməlidir. Qeydiyyat idarəsi tərəfindən ərizəyə baxılması müddətinə qanunla məhdudiyyət nəzərdə tutulsa da, qanun “sükut – razılıqdır” prinsipini muəyyən etmir (bu prinsipə gorə, əgər tələb olunan sənədləri təqdim etmiş şəxs müəyyən olunmuş müddət ərzində rədd cavabı almırsa, o bütün qeydiyyat tələblərini yerinə yetirmiş hesab olunur). Qeydiyyat şəhadətnaməsindən başqa qeydiyyat idarəsi ərizəçiyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış da təqdim edir. Dövlət reyestrindən çıxarışı aldıqdan sonra ərizəçi 3 həftə müddətində hər hansı səhv və ya catışmamazlıqlar barədə reyestr xidmətinə məlumat verməlidir.

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı

  • Yerli investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi;
  • Yerli investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi;
  • Xarici investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi;
  • Xarici investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi;
  • Hüquqi şəxsin nümayəndəliyinin təsisi;
  • Hüquqi şəxsin filialının təsisi.

Əgər yerli investisiyalı hüquqi şəxs fiziki şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Müəssisənin təsisçisinin(lərin) şəxsiyyət vəsiqəsi(ləri) surəti(ləri);
  • Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması;

Qeyd: əgər müəssisənin hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adına deyilsə, onda seçilən hüquqi ünvan kimin adınadırsa, onun notariusda təsdiq edilmiş etiraz etmirəm ərizəsi (ərizənin yazılış formasını biz təqdim edirik) bu sənədlərə əlavə olunur.

  • Direktor vəzifəsinin icrasına təsisçi(lər) kənar bir şəxsi təyin edirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş etibarnamə (etibarnamənin yazılış formasını biz təqdim edirik).

Əgər yerli investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Təsisçi hüquqi şəxsin notariusda təsdiq olunmuş nizamnaməsi;
  • Notariusda təsdiq olunmuş təsisçi hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
  • Hüquqi şəxsin təsis edilməsi barədə qərar; 
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına etibarnamə;
  • Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması.

Əgər xarici investisiyalı hüquqi şəxs hüquqi şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin təsis edilməsi barədə qərar; 
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər xarici investisiyalı hüquqi şəxs fiziki şəxs tərəfindən təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Şəxsin öz vətənində hər hansı bir kommersiya hüquqi şəxsin təsisçisi və ya fərdi sahibkar (çox ehtimal şəxsin adı müvafiq reyestrdə qeydiyyatda olmalıdır) olduğunu təsdiq edən notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış sənəd*;
  • (daxili və xarici) pasportun surəti; 
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər hüquqi şəxsin nümayəndəliyi təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin nümayəndəliyinin təsis edilməsi barədə qərar; 
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

Əgər hüquqi şəxsin filialı təsis edilirsə, onda Siz aşağıdakı sənədləri təqdim etməlisiz:

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şahadətnaməsi;
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin filialının təsis edilməsi barədə qərar; 
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə.

*MDB ölkələrində sənədləri leqallaşdırma zəruriliyi yoxdur, çünki bu ölkələr arasında bu zəruriyətdən azad edən müqavilə bağlanmışdır; digər ölkələrə gəlincə, əgər bu ölkə Qaaqa konvensiyasına qoşulubsa (çünki Azərbaycan 02.03.2005-ci il tarixindən konsul leqallaşdırılmasının ləğvi ilə bağlı Qaaqa konvensiyasına qoşulmuşdur) onda sənədlərin konsul leqallaşdırılmasına gərək yoxdur, sənədlər apostil qoyulmaqla leqallaşdırılır.



Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.