e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Satışdan vergilərin hesablanması

Malların satışından (xidmətlərin göstərilməsindən, işlərin görülməsindən) gəlirlərin uçotundan və maya dəyərinin silinməsindən dərhal sonra vergilər hesablanmalıdır.

Vergilər hesablanarkən müəssisənin ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi olmasına diqqət etmək lazımdır.                           

Misal. ƏDV ödəyicisi

Mebel istehsalı ilə məşğul olan Mebelim MMC-nin anbarına istehsal sexindən 5 yataq mebeli dəsti daxil olmuşdur. Daxil olmuş yeni mebellərin maya dəyəri 600 AZN-dir. Yataq dəstlərinin hər biri 1 180 AZN-ə (ƏDV daxil) satılmışdır. Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə əks etdirməlidir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsalat sexindən anbara hazır yataq dəstlərinin daxil olması 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 3 000
2 Yataq dəstlərinin satışından gəlir əks olunur 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 5 000
3 Yataq dəstlərinin satışından hesablanmış ƏDV əks olunur 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri - ƏDV" 900
4 Satılmış yataq dəstinin maya dəyəri silinir 701 "Satışın maya dəyəri üzrə xərclər" 204 "Hazır məhsul" 3 000
5 Müştəridən yataq dəstlərinə görə pul daxil olur - əsas məbləğ 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 000
6 Müştəridən yataq dəstlərinə görə pul daxil olur - ƏDV 223 "Bank hesablaşma hesabları" 226 "ƏDV sub-uçot hesabı" 900
7 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - gəlirlər silinir 601-1 "Malların satışı" 801 "Ümumi mənfəət (zərər)" 5 000
8 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - xərclər silinir 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri üzrə xərclər" 3 000
Misal. Sadələşdirilmiş vergi ödəyicisi

Bakı şəhərində mebel istehsalı ilə məşğul olan Mebelim MMC-nin anbarına istehsal sexindən 5 yataq mebeli dəsti daxil olmuşdur. Daxil olmuş yeni mebellərin maya dəyəri 600 AZN-dir. Yataq dəstlərinin hər biri 1 000 AZN-ə satılmışdır. Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə əks etdirməlidir:


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsalat sexindən anbara hazır yataq dəstlərinin daxil olması 204 "Hazır məhsul" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 3 000
2 Yataq dəstlərinin satışından gəlir əks olunur 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601-1 "Malların satışı" 5 000
3 Yataq dəstlərinin satışından Sadələşdirilmiş vergi əks olunur 601-1 "Malların satışı" 521-9 "Vergi öhdəlikləri - Sadələşdirilmiş vergi" 200
4 Satılmış yataq dəstinin maya dəyəri silinir 701 "Satışın maya dəyəri üzrə xərclər" 204 "Hazır məhsul" 3 000
5 Müştəridən yataq dəstlərinə görə pul daxil olur 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 5 000
6 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - gəlirlər silinir 601-1 "Malların satışı" 801 "Ümumi mənfəət (zərər)" 4 800
7 5 əd yataq dəstinin satışından maliyyə nəticəsi əks olunur - xərclər silinir 801 "Ümumi mənfəət (zərər)" 701 "Satışın maya dəyəri üzrə xərclər" 3 000


Yazı sonuncu dəfə 2019-02-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.