e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nizamnamə kapitalının artırılması

Müəssisənin təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə hesabat ilinin xalis mənfəətinin bir hissəsi Nizamnamə Kapitalının artırılmasına yönləndirilə bilər. Müəssisənin Nizamnamə sənədlərində düzəlişlər edildikdən sonra, mühasibat uçotunda müvafiq müxabirləşmələr aparıla bilər.

AR Mülki Məcəlləsi, Maddə 90.5

Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı

...

90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.

...

Misal. Müəssisənin hesabat ilinin sonuna 350 000 AZN xalis mənfəəti yaranmışdır. Müəssisə sahiblərinin (təsisçilərinin) illin yığıncağında verilən qərara görə cəmiyyətin Nizamnaməsinə edilən dəyişikliyə əsasən hər ilin sonunda xalis mənfəətin 50% dividend kimi ödənilsin, 30% Nizamnamə Kapitalının artırılmasına, 20% -da əlillərin yardım fonduna yönləndirilsin. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xalis mənfəətin yaranması 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 350 000
2 Dividendlərin elan edilməsi 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 344 "Elan edilmiş dividentlər" 175 000
3 Xalis mənfəətin 30% müəssisənin Nizamnamə Kapitalının artırılmasına yönləndirilir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 301 "Nizamnamə (nominal) kapitalı" 105 000
4 Əlillərə yardım fondunun yaradılması 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 335 "Digər ehtiyatlar" 70 000


Yazı sonuncu dəfə 2019-05-26 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.