e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin satılması

Qeyri-maddi aktivlərin satılması alqı-satqı müqaviləsi, alıcıya göndərilən elektron qaimə faktura və təhvil-təslim aktı ilə sənədləşdirilir.

Qeyri-maddi aktivin satılması zamanı həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalar (əgər mövcuddursa) ilə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunur.

Qeyri-maddi aktivin satışından yaranan gəlir 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" hesabının kreditində və 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debetində əks olunur.

Qeyri-maddi aktivin yığılmış amortizasiyası 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabının debetindən 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının kreditinə silinir. Sonda qeyri-maddi aktivin qalıq dəyəri 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının kreditindən "731-1 Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının debetinə silinir.

Qeyri-maddi aktivin satışı ilə bağlı nəticə hesabat dövrünün sonunda 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər"731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesablarından silinərək 801 "Ümumi mənfəət (zərər)" hesabında formalaşır.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

Misal

Müəssisə ona məxsus əmtəə nişanına müstəsna hüququnu digər müəssisəyə vermək üçün müqavilə bağlamışdır. Müqavilənin dəyəri 36 000 manatdır.

Əmtəə nişanının ilkin dəyəri 20 000 manatdır, hesablanmış amortizasiya - 2 000 manat.

Bu zaman, müxabirləşmələr aşağıdakı kimi əks olunacaqdır:



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Qeyri-maddi aktivlərin satışından yaranan gəlir 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" 36 000
2 Hesablanan amortizasiyanın silinməsi 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 101 "Qeyri-maddi aktivlərin dəyəri" 2 000
3 Qeyri-maddi aktivin qalıq dəyəri silinir 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" 101 "Qeyri-maddi aktivlərin dəyəri" 18 000
4 Satışdan pulun daxil olması 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 36 000
5 Qeyri-maddi aktivin satışından gəlir maliyyə nəticələrinə silinir 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" 801 "Ümumi mənfəət (zərər)" 36 000
6 Qeyri-maddi aktivin satışından yaranan zərər maliyyə nəticələrinə silinir 801 "Ümumi mənfəət (zərər)" 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" 18 000
Misal

Müəssisə ona məxsus əmtəə nişanına qeyri-müstəsna istifadə hüququnu digər müəssisəyə 20 000 manata verir (françayzınq müqaviləsi).

Bu zaman, müxabirləşmələr aşağıdakı kimi əks olunacaqdır:



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əmtəə nişanına müstəsna hüququn satışından gəlirin tanınması 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" 20 000
2 Əmtəə nişanına müstəsna hüququn satışından pulun daxil olması 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 20 000

Vergi uçotu

AR Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin qalıq dəyəri arasındakı müsbət fərq deməkdir.

Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin qalıq dəyəri arasındakı fərqdən ibarətdir.

Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır və təqdim edildikdə onların dəyəri ƏDV cəlb edilmir.

Yazı sonuncu dəfə 2020-03-12 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.