İcarəyə götürülmüş tikili və avadanlıqların təmiriİcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:
İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:
Vergi Uçotu İcarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması AR Vergi Məcəlləsinin 115.4 — 115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin AR Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır . Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
Normativ-hüquqi aktlar:
Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar "İcarə üzrə" Kommersiya Təşkilatları üçün 14 N-li Milli Mühasibat Uçotu Standartı "Torpaq icarəsi haqqında" AR Qanunu. Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2019-11-16 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.