e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olması

Qeyri-maddi aktivlər təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına daxil olduqda 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının debeti və 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" hesabının krediti üzrə mühasibat yazılışı edilir. Nizamnamə kapitalına daxil edilmiş qeyri-maddi aktivin dəyəri təsisçilər tərəfindən razılaşdırılır.

Səhmlərin buraxılması ilə müəssisə tərəfindən qeyri-maddi aktivlərin əldə edilməsinə (nizamnamə kapitalı kimi qeyri-maddi aktivlərin pay kimi qoyulmasına) aşağıdakı mühasibat yazılışları verilir.

  • səhmlərin buraxılmasına 302 №li hesabın müvafiq subhesablarının debeti və 301 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • qeyri-maddi aktivlərin əldə edilməsinə 101, 103 №li hesabların müvafiq subhesablarının debeti və 302 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Əsas olaraq təsis sənədləri və təhvil-təslim aktı qeyd edilir.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 150 000
2 Nizamnamə kapitalında qeyd edilən məbləğin təsisçilər tərəfindən müəssisənin bank hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 100 000
3 Nizamnamə kapitalında qeyd edilən əmlakın daxil olması. 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 25 000
4 Nizamnamə kapitalında qeyd edilən qeyri-maddi aktivin daxil olması. 101 "Qeyri-maddi aktivlərin dəyəri" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 25 000


Yazı sonuncu dəfə 2017-05-04 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.