e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin əvəzsiz alınması

Əvəzsiz qəbul edilmiş qeyri-maddi aktivlər qəbul edilmə tarixinə bazar qiyməti ilə əks olunur. Əvəzsiz alınmış aktivlər sair əməliyyat gəlirləri hesabında uçota alınır. Müəssisə əvəzsiz alınan qeyri-maddi aktıvlərin uçotunu müstəqil müəyyən edir:

  • qəbul edilmə zamanı əvəzsiz alınmış qyeri-maddi aktivlərin dəyəri dərhal sair əməliyyat gəlirləri hesabında uçota alınır;
  • gələcək dövrlərin gəlirləri hesabını istifadə etməklə, faydalı istifadə müddətində amortizasiya hesablanaraq əvəzsiz alımış qeyri-maddi aktivlər sair əməliyyat gəlirləri kimi əks olunur
Mühasibat yazılışı üçün əsas olaraq təhvil-təslim akt istifadə edilir.

Qeyri-maddi aktivlər əvəzsiz olaraq alındıqda 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabın müvafiq subhesablarının debeti və 611 "Sair əməliyyat gəlirləri" hesabın müvafiq subhesablarının kreditində göstərilir.

Misal.

Müəssisə başqa bir müəssisədən əvəzsiz olaraq proqram təminatı almışdır. Proqram təminatının bazar qiyməti 1 500 manatdır. Proqram təminatının faydalı istifadə müddəti rəhbərliyin hesablamalarına görə 3 ildir. Müəssisədə əvəzsiz alınmış qeyri-maddi aktivlərin gəliri amortizasiya hesablanaraq, gələcək dövrlərin gəlirləri hesabı istifadə etməklə, gəlir kimi tanınır.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Proqram təminatının əvəzsiz olaraq alınması 101-3 "Proqram təminatının dəyəri" 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 1 500
2 1-ci il əvəzsiz alınmış proqram təminatının gəlirin tanınması 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 611 "Sair əməliyyat gəlirləri" 500
3 1-ci il əvəzsiz alınmış proqram təminatının amortizasiyası 731 "Sair əməliyyat xərcləri" 101-3 "Proqram təminatının dəyəri" 500


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Proqram təminatının əvəzsiz olaraq alınması dərhal tanınarsa 101-3 "Proqram təminatının dəyəri" 611 "Sair əməliyyat gəlirləri" 1 500


Yazı sonuncu dəfə 2019-02-27 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.