e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Məsrəflərin və xərclərin təsnifatı

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarında olan hesablar planında müəssisənin məsrəfləri və xərcləri aşağıdakı kimi təsnifləşdirilir:

  • 202 İstehsalat (iş və xidmət) məsrəfləri
  • 203 Tikinti müqavilələri üzrə məsrəflər
  • 701 Satışın maya dəyəri üzrə xərclər
  • 711 Kommersiya xərcləri
  • 721 İnzibati xərclər
  • 731 Sair əməliyyat xərcləri
  • 741 Fəaliyyətin dayandırılmasından yaranan xərclər
  • 751 Maliyyə xərcləri
  • 761 Fövqəladə xərclər

Gördüyümüz kimi hesablar planında istehsal ilə bağlı məsrəflər ayrı, qeyri-istehsal xərcləri isə ayrı göstərilir.

İstehsalat məsrəfləri

İstehsalat məsrəflərinə məhsulun (işin və ya xidmətin) istehsalı üçün sərf edilən məsrəflər aiddir (məhsulun istehsalı ilə bağlı xammal və materiallar, işçilərin əmək haqqısı, əsas vəsaitlərin amortizasiyası və s.). İstehsalat məsrəfləri istehsal olunan məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olur. Bu məsrəflər, məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olma üsuluna görə, öz növbəsində, aşağıdakı qruplara bölünə bilər:

  • birbaşa istehsal məsrəfləri;
  • dolayı istehsal məsrəfləri;

Birbaşa istehsal məsrəfləri müəssisədə hazırlanan məhsulun hazırlanmasına birbaşa sərf edilən məsrəflərdir (birbaşa xammal və material, əmək haqqı, amortizasiya və s.)

Dolayı istehsal məsrəfləri müəssisədə hazırlanan məhsulun maya dəyərinə dolayı aid edilən məsrəflərdir (elektrik enerjisi, icarə xərcləri, istehsal rəhbərliyinin əmək haqqısı, istehsal binalarının amortizasiyası və s.)

Qeyri-istehsal xərcləri

Qeyri-istehsal xərcləri müəssisədə istehsal edilən məhsullar (işlər, xidmətlər) ilə birbaşa bağlı olmayan və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olmayan xərclərdir. Bu qeyri-istehsal xərclər yarandıqları hesabat dövründə xərc kimi tanınır.

Qeyri-istehsal xərcləri aşağıdakı qruplara bölünür:

Məsrəf və xərclərin geniş iqtisadi təsnifatı

Müəssisələr üçün istehsal etdikləri məhsulların maya dəyərini aşağı salınması və bununla əlaqəli olaraq ehtiyatların müəyyən olunması məqsədilə onların təsnifləşdirilməsi çox vacibdir.

İstehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və uçotda əks etdirilir:

Əlamətlər Xərc növləri Xüsusiyyəti
İqtisadi məzmununa görə İqtisadi elementlər üzrə

Kalkulyasiya maddələri üzrə

İqtisadi elementlər üzrə xərclər bölünür
  • Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri;
  • Əməyin ödənişi üzrə olan xərclər;
  • Sosial sığortaya olan köçürmələr;
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;
  • Digər xərclər.
Məsrəflərin kalkulyasiya maddələrinə görə qruplaşdırılması üsulu məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi - ayrıca hər hansı bir məhsulun, yaxud da bütün məhsul buraxılışının maya dəyərini təşkil edən müəyyən növ xərclər hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər bölünür:
  • xammal və materiallar
  • satıla bilən tullantılar (bu zaman çıxılır);
  • alınmış məhsullar, yarımfabrikatlar, kənar müəssisələrin istehsal xarakteri daşıyan xidmətləri;
  • texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji;
  • istehsalatda çalışan işçilərin əmək haqları;
  • sosial köçürmələr;
  • istehsalın hazırlanılmasına və öyrənilməsinə çəkilən xərclər;
  • ümumistehsalat xərcləri;
  • ümumtəsərrüfat xərcləri;
  • zay məhsuldan olan itkilər;
  • digər istehsalat məsrəfləri
Yekcinslik dərəcəsinə görə: Birelementli xərclər

Kompleks xərcələr

Birelementli xərclər - bircinsli iqtisadi elementlərdən ibarət xərclər.

Kompleks xərcələr - müxtəlif iqtisadi element qruplarını birləşdirən xərclər;

İstehsalın həcminə münasibətdə Dəyişkən

Sabit

Dəyişkən xərclər - istehsal həcmi dəyişən zaman ona mütənasib dəyişillər;

Sabit xərclər - istehsal həcmindən asılı olmadan sabit qalıb dəyişmirlər.

Təyinata görə xərclər: Texnoloji xərclər

İnzibati - təsərrüfat xərcləri

Texnoloji xərclər - istehsal prosesi ilə əlaqəli xərclər;

İnzibati-təsərrüfat xərcləri - təsərrüfat - idarəetmə xərcləri.

Məqsədəuyğunluq kriteriyasına görə: İstehsal xərcləri

Qeyri-istehsal xərcləri

İstehsal xərcləri - yararlı məhsulun buraxılışı ilə əlaqədar xərclərdir;

Qeyri-istehsal xərcləri - istehsalın dayanmasından olan itkilər, zay məhsullar, çatışmazlıqlar.

Maya dəyərinə daxil olunması üsuluna görə Birbaşa xərclər

Dolayı xərclər

Birbaşa xərclər - ilkin sənədlər əsasında məhsulun müəyyən növünə aid oluna biləcək xərclər birbaşa maya dəyərinə daxil edilirlər. Bütün birbaşa xərclər dəyişkən xərclərdir;

Dolayı xərclər - bir neçə məhsul növünün istehsalına çəkilən xərclərdir (istehsalın idarəedilməsi xərcləri). Bu xərclər xüsusi hesablarda toplanır və, müəyyən baza əsasında (əmək haqqı, istehsal həcmi və s.) bölüşdürülüb, məhsulların maya dəyərinə aid edilirlər.

Yaranma vaxtına və maya dəyərinə aid olmasına görə xərclər Cari

Gələcək dövrün xərcləri

Cari xərclər - məhsulun istehsalı və satışı ilə bağlı cari dövrdə gəlir gətirən xərclərə deyilir;

Gələcək dövrün xərcləri - cari dövrdə çəkilən, lakin gələcək dövrlərdə gəlir gətirəcəklərinə görə gələcək dövrdə maya dəyərinə daxin ediləcək xərclərə deyilir.



Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.