e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması

Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması zamanı və ya onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır.

Qeyri-maddi aktivlərin başqa müəssisələrin nizamnamə kapitalına qoyulması zamanı 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabın müvafiq subhesablarının debeti, həmçinin 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabın müvafiq subhesablarının krediti ilə yığılan amortizasiya silinir. Qeyri-maddi aktivin qalıq dəyəri 101 N-li hesabın kreditindən maliyyə qoyuluşları hesabının debetinə silinir.

Başqa müəssisələrin nizamnamə kapitalına qoyulmuş qeyri-maddi aktivlərin təsis sənədlərində razılaşdırılmış dəyəri qalıq dəyərindən çoxdursa, artıq olan məbləğ 801 "Ümumi mənfəət (zərər)" hesabın müvafiq subhesablarının krediti və maliyyə qoyuluşları hesabının debeti üzrə əks etdirilir. Qeyri-maddi aktivin təsis sənədlərində razılaşdırılmış dəyəri qalıq dəyərdən azdırsa əksinə mühasibat yazılışı verilir.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Qeyri-maddi aktivin amortizasiyası silinir 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 101 "Qeyri-maddi aktivlərin dəyəri" -
2 Qeyri-maddi aktiv başqa müəssisənin nizamnamə kapitalına qoyulur. 183 "Digər uzunmüddətli investisiyalar" 101 "Qeyri-maddi aktivlərin dəyəri" -
3 Qeyri-maddi aktivin qalıq dəyəri təsis sənədlərindəki razılaşdırılmış dəyərdən azdırsa 183 "Digər uzunmüddətli investisiyalar" 801 "Ümumi mənfəət (zərər)" -


Yazı sonuncu dəfə 2019-05-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.