e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bölüşdürülməmiş mənfəət

Müəssisənin təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə hesabat ilinin xalis mənfəətini keçmiş illərin zərərləri ilə bağlaya bilərlər.

343 №li "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" hesabında mühasibat uçotu subyektinin keçmiş illər ərzində əldə edilmiş xalis mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman əldə edilmiş xalis mənfəət 341 №li hesabın müvafiq subhesablarının debetində və 343 №li hesabın müvafiq subhesablarının kreditində, əldə edilmiş zərər isə 343 №li hesabın müvafiq subhesablarının debetində və 341 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına ehtiyatlar yaradıldıqda 343 №li hesabın müvafiq subhesablarının debeti və 333, 334, 335 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına yaradılmış ehtiyatlar geri qaytarıldığı hallarda 333, 334, 335 №li hesabların müvafiq subhesablarının debetində və 343 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Misal. Müəssisənin hesabat ilinin sonuna 350 000 AZN xalis mənfəəti yaranmışdır. Müəssisə sahiblərinin (təsisçilərinin) illin yığıncağında verilən qərara görə cəmiyyətin Nizamnaməsinə edilən dəyişikliyə əsasən hər ilin sonunda xalis mənfəətin 50% dividend kimi ödənilsin, 30% bölüşdürülməmiş mənfəət hesabına, 20% -da əlillərin yardım fonduna yönləndirilsin. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xalis mənfəətin yaranması 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 350 000
2 Dividendlərin elan edilməsi 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 344 "Elan edilmiş dividentlər" 175 000
3 Xalis mənfəətin 30% müəssisənin bölüşdürülməmiş mənfəət hesabına keçirilir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 105 000
4 Əlillərə yardım fondunun yaradılması 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 335 "Digər ehtiyatlar" 70 000


Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.