Tikili və avadanlıqların təmiriMüəssisəyə məxsus tikili və avadanlıqların vaxtaşıri təmirə ehtiyacı olur. Təmir cari və ya əsaslı ola bilər. Əsaslı təmir nəticəsində tikili və avadanlıqların bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə tikili və avadanlıqların vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Tikili və avadanlıqların əsaslı və cari təmiri təsərrüfat üsulu və ya podrat üsulu ilə aparıla bilər. Podrat üsulu ilə aparılan təmir işləri - sifarişçi (müəssisə) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir. Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri - müəssisənin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir. Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə uçota alınır. Cari təmir məsrəfləri Cari təmir məsrəfləri – tikili və avadanlıqların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir. Norma daxilində cari təmir məsrəfləri – qanunvericiliklə müəyyən edilmiş normalar həddində tikili və avadanlıqlara hesablanmış məsrəflərdir. Yerinə yetirilmiş təmir işlərinə dair təmir məsrəflərinin məbləğləri tikili və avadanlıqların ayrı-ayrı kateqoriyaları üzrə hesablanmaqla uçota alınır və biri digərinə aid edilmir. Təşkilatlar tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi məqsədi ilə əsas fondlar üzrə cari təmir məsrəfləri və istismar xərcləri çəkildiyi hesabat dövründə xərc kimi tanınır. Podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
Təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
Misal.
Müəssisə ona məxsus dəzgahın cari təmirini təsərrüfat üsulu ilə həyata keçirmişdir. Dəzgahın əvvəlki ilin sonuna balans dəyəri 25 000 manatdır. Qaydalara əsasən norma daxilində cari təmir məsrəfləri maşın və avadanlıqlar üçün əvvəlki ilin sonuna balans dəyərinin 5% təşkil edir. Belə olduqda, təmir edilən dəzgah üçün norma daxilində cari təmir məsrəfləri 1 250 manat (25 000 * 5%) təşkil edəcək. Dəzgahın cari təmir məsrəfləri təşkil etmişdir:
Əsaslı təmir məsrəfləri Əsaslı təmir məsrəfləri - tikili və avadanlıqların istismar müddətinin uzadılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış tikili və avadanlıqların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Əsaslı təmir məsrəfləri tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir. Podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
Misal.
Müəssisə ona məxsus dəzgahın mühərrikinin sıradan çıxması və təmirinin mümkün olmadığı ilə əlaqədar olaraq, mühərriki dəyişdirmişdir. Mühərrikin dəyişdirilməsi işləri başqa bir müəssisə tərəfindən 4 720 manata (ƏDV daxil) görülmüşdür. Məbləğə mühərrikin dəyəri də daxildir. Köhnə mühərrikin bazar qiyməti 250 manata dəyərləndirilmişdir.
Təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
Vergi uçotu AR Vergi Məcəlləsinin 115-ci "Təmirlə bağlı xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır. Faiz dərəcələri aşağıda göstərilib:
Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq amortizasiya olunur.
Misal.
Müəssisədə 4 ədəd dəzgah vardır. Birisi köhnə dəzgahdır, və onun balans dəyəri 1 638.40 manatdır, digər 3 ədədi isə yenidir, və yenilərin hər birinin balans dəyəri 4 000 manatdır. Hesabat dövrü ərzində köhnə dəzgah 500 manat, yeni dəzgahlardan biri isə 100 manat dəyərində təmir edilmişdir. Köhnə dəzgahın keçən illərdən 390.40 manat istifadə edilməyən təmir xərcləri yığılmışdır. AR Vergi Məcəlləsinin 115-ci "Təmirlə bağlı xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən köhnə dəzgaha çəkilən 500 manat təmir xərcindən 81.92 manat (1 638.40*5%) + 390.40 manat məbləğ gəlirdən çıxılır, qalan 27.68 manat isə dəzgahın qalıq dəyərinin artmasına aid edilir. Yeni dəzgahın təmirinə çəkilən 100 manat məbləğ isə yuxarıda qeyd edilən maddəyə əsasən norma daxilindədir: 4 000 manat * 5% = 200 manat və tam xərclərə aid edilə bilər. Qeyd etmək lazımdır ki, təmir xərcləri norması hər əsas vəsait üçün ayrı-ayrılıqda hesablanır. Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və AR Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq amortizasiya hesablanır. Əsas vəsaitlərin təmirinin vergi uçotunda daha bir vacib məqamı ondan ibarətdir ki, Vergi Məcəlləsində vergitutma məqsədləri üçün təmir məsrəflərinin əsaslı və ya cari təmir olmasından asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilmiş məsrəflər təmir xərclərinə aid edilir. Bu səbəbdən əsas vəsaitlərin cari təmiri, misal üçün, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərini artırır. AR Vergi Məcəlləsinin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir. İcarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. Faizlər yuxarıda verilibdir. İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu xərclər gəlirdən çıxılmır. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.
Misal.
Müəssisə 5 il müddətinə binanı icarəyə götürmüşdür. Binanın təmirinə çəkilən xərclər 26 000 manat təşkil edir. Təmir xərcləri icarə haqqı ilə əvəzləşdirilməyib və yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyib. Belə olduqda, icarəyə götürülmüş bina üzrə illik olaraq xərclərə aid ediləcək təmir xərcləri olacaqdır: 26 000 / 5 = 5 200 manat.
Normativ-hüquqi aktlar:
Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2025-10-07 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.