e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bitməmiş istehsalın uçotu

Texnoloji proseslərlə nəzərdə tutulmuş bütün mərhələləri (dövrləri, hədləri) keçməmiş məhsullar (işlər), habelə komplektləşdirilməmiş, sınaqdan və texniki qəbuldan keçməmiş məmulatlar bitməmiş istehsal adlanır.

Emalı başlanmamış material və alınma yarımfabrikatlar bitməmiş istehsala daxil edilmir.

Mühasibat uçotunda bitməmiş istehsal aşağıdakı kimi əks oluna bilər:

  • Kütləvi və seriyalı istehsalda bitməmiş istehsal balansda:
    • faktiki istehsal maya dəyəri üzrə;
    • normativ istehsal maya dəyəri üzrə;
    • müstəqim (birbaşa) xərc maddələri üzrə;
    • xammal, material və yarımfabrikatların dəyəri üzrə;
  • Tək-tək məhsul istehsalı zamanı bitməmiş istehsal balansda "faktiki istehsal xərcləri" üzrə;

Bitməmiş istehsalın həcmi inventarizasiya və ya sənədləşdirmə üsulu ilə müəyyən edilir.

Uzun istehsal dövrü olan məhsul istehsal edən və ya kompleks xidmətlər göstərən (tikinti, elmi, layihə və s.) müəssisələr gəliri 2 cür tanıya bilərlər:

  • bitmiş və sifarişçiyə təhvil verilmiş işlər kimi;
  • görülmiş işlərin mərhələləri üzrə.

Bitməmmiş istehsalın qalıqları xammal və materialların, hazır məhsulun qalıq və hərəkətlərini əks etdirən ilkin uçot sənədləri əsasında qiymətləndirilir. Bitməmiş istehsalın həcmi texnoloji prosesin xarakteri və müddətindən, və istehsal edilən məhsulun xüsusiyyətlərindən asılıdır. Bitməmiş istehsal qalıqlarının həcmi inventarizasiya ilə müəyyən edilir.

Hesabat dövrünün sonuna olan 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" hesabının qalığı bitməmiş istehsalın qalığını göstərir.

Mənfəət vergisinin hesablanmsı zamanı məsrəflərə yalnız təqdim edilmiş (satılmış) hazır məhsula aid olan birbaşa xərclər aid edilir. Bitməmiş istehsala və təqdim edilməmiş (satılmamış) hazır məhsula çəkilən birbaşa məsrəflər xərclərə aid edilmir.

Hesabat dövründə çəkilmiş, lakin gələcək hesabat dövrlərinə aid olan xərclər hesabatda ayrıca maddə üzrə gələcək dövrlərin xərcləri kimi əks etdirilərək, onların aid olduğu müddət ərzindəki istehsal və ya tədavül xərclərinə, yaxud müvafiq vəsait mənbəyinə aid edilir.

Misal.

Müəssisə corab istehsalı ilə məşğuldur. Ay ərzində müxtəlif modellərdə 99 000 cüt corab istehsal edilmişdir. Ay ərzində 20 000 manat dəyərində müxtəlif ceşiddə saplar, 10 000 manat dəyərində istehsalat işçilərinin əmək haqqısı, 8 000 manat istehsalat rəhbərlərinin və ofis işçilərinin əmək haqqısı, 1 500 manat sair istehsalat xərcləri, 800 manat sair təsərrüfat xərcləri, 500 manat avadanlığların cari təmiri təşkil etmişdir.

Avadanlığın amortizasiyası bir ay üçün 5 000 manat təşkil etmişdir.

Ayın sonunda istehsal sexində tam istehsal prosesini keçməmiş 1 000 cüt corab bitməmiş istehsal kimi qalmışdır.

Müəssisənin uçot siyasətində hazır məhsullar uçot (norma) qiymətləri ilə uçota alınır. Corabların uçot qimyətləri - 0.35 manatdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Corabların istehsalı üçün istifadə edilmiş saplar 202-2 "Xammal və materiallar" 201-2 "Xammal və materiallar" 20 000
2 İstehsalat işçilərinin əmək haqqısı 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 10 000
3 İstehsalat rəhbərlərinin və ofis işçilərinin əmək haqqısı 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 8 000
4 Sair təsərrüfat xərcləri 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 244 "Təhtəlhesab məbləğlər" 800
5 Avadanlığın amortizasiyası 202-4 "İstehsalat aktivlərinin amortizasiya məsrəfləri" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 5 000
6 99 000 cüt hazır məhsul olan corabın anbara daxil olması (99 000 * 0.35) 204 "Hazır məhsul" 202 "İstehsalat məsrəfləri" 34 650


Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.