e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Dolayı istehsal məsrəfləri

Bir neçə məhsulun (iş, xidmət) istehsalı ilə bağlı olan məsrəflər dolayı istehsal məsrəflər hesab edilir.

Bundan başqa, əsas istehsalın idarəedilməsi ilə bağlı və köməkçi istehsalat məsrəfləri də, mahiyyət etibarı ilə, dolayı məsrəflər hesab edilir.

Müəssisə hazır məhsulu (işləri, xidmətləri) aşağıdakı üsullardan biri ilə uçota ala bilər:

  • tam istehsal maya dəyəri ilə;
  • yarımçıq maya dəyəri ilə.

Məhsulun (işin, xidmətin) tam istehsal maya dəyəri ilə uçotunda maya dəyərinə həm birbaşa, həm də dolayı məsrəflər daxil edilir.

Məhsulun (işin, xidmətin) yarımçıq maya dəyəri ilə uçotunda maya dəyərinə yalnız birbaşa məsrəflər daxil edilir.

Hazır məhsulun (işlərin, xidmətlərin) maya dəyərinin formalaşma(kalkulyasiya metodu) qaydası müəssisənin uçot siyasətində qeyd edilməlidir.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-10-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.