e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Torpaq, tikili və avadanlıqların əvəzsiz daxil olması

Əvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur. Bazar qiymətinin müəyyən edilməsi peşakar qiymətləndiricilər tərəfindən həyata keçirilir.

Torpaq, tikili və avadanlıqlar əvəzsiz olaraq alındıqda 111, 113 №li hesabın müvafiq subhesablarının debeti və 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər" subhesabının kreditində göstərilir.

611-3 №li “Əvəzsiz olaraq alınmış aktivlər” subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-3 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 TTA əvəzsiz daxil olması 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər" -
2 Əvəzsiz alınmış TTA mənfəətə silinməsi 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər" 801 "Ümumi mənfəət (zərər)" -

Vergi uçotu

Müəssisə və ya fərdi sahibakırın balansına əvəzsiz daxil olmuş torpaq, tikili və avadanlıqlar satışdankənar gəlir hesab edilərək, bazar qiyməti ilə fiziki şəxslərin gəlir vergisinə, hüquqi şəxslərin mənfəət vergisinə cəlb olunur. Vergilər TTA daxil olduqları dövr üçün hesablanıb ödənilməlidir.

AR Vergi Məcəlləsinin 106.1.9 və 106.1.10 maddələrinə əsasən aşağıdakı hallarda müəssisə və təşkilatlar mənfəət vergisindən azaddır:

  • 106.1.9. AR Prezidenti tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;
  • 106.1.10. AR Prezidentinin qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;
AR Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları halları bu qaydalar ilə müəyyən edilir

Bundan başqa, alıcı tərəfindən əvəzsiz əldə edilmiş tikili və avadanlıqlara amortizasiya hesablanıb və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.