102 Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləriAktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düzxət metodu, azalan balans metodu və istehsal vahidi metodu aiddir. Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış) gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla müəyyən edilmədikdə, müəssisə düzxət metodunu tətbiq etməlidir. Mühasibat uçotunun hesablar planının 102-ci hesabında müəyyən faydalı istifadə müddətinə malik olan aktivlərin amortizasiyası təqdim olunur. Bu aktivlərə göstərilən müddəti ərzində müəssisənin uçot siyasətinə əsasən qəbul etdiyi hesablama metodikasına uyğun olaraq amortizasiya hesablanır. Müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktivlər isə amortizasiya edilməməklə, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilməlidir. Belə ki, 19 №-li Milli Mühasibat Uçotu Standartına əsasən qudvilin müəyyən faydalı istifadə müddətinə malik olmayan qeyri-maddi aktiv olduğunu nəzərə alaraq o amortizasiya edilmir. Eyni zamanda, 24 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq həmin aktivin hər il yenidən qiymətləndirilməsi tələb edilir. 102 №li "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:
102-1 №li “Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya” subhesabı üzrə aşağıdakı subhesablar açılır:
102-2 №li “Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri” subhesabı üzrə aşağıdakı subhesablar açılır:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-05-07 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.