331 Yenidən qiymətləndirilmə üzrə ehtiyatHesablar planının 331-ci "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" hesabı yenidən giymətləndirilmə üzrə ehtiyatına dair ümumiləşdirilmiş məlumatları əks etdirir. Müəssisənin aktivləri yenidən qiymətləndirildikdə, aktivlərin balans dəyərinə əlavə edilmiş yeni dəyər bu hesabın kreditinə yazılır. Bu ehtiyatın səhmdarlar arasında bölüşdürülməsi nəzərdə tutulmur. Müəssisə 7-ci Milli Mühasibat Uçotu Standartına əsasən torpaq, tikili və avadanlıq obyektlərini qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Müəssisə müəyyən edilmiş uçot siyasətini torpaq, tikili və avadanlıqların bütün sinfinə tətbiq etməlidir. Torpaq, tikili və avadanlıqlara aid obyektlər yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya, aktivin ümumi balans dəyərilə müxabirləşərək sıfıra bərabər edilir və beləliklə aktivin xalis dəyərinin yenidənqiymətləndirilmiş dəyərinə bərabər edilməsi üçün ona düzəliş edilir. Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, onda bu artım yenidənqiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapitalın kredit hissəsinə yazılmalıdır. Lakin, əgər bu aktiv bundan əvvəl yenidən qiymətləndirilmişdisə və onun nəticəsində həmin aktiv üzrə balans dəyərinin azalması mənfəət və zərər haqqında hesabatda tanınmışdısa, bu zaman, hər hansı sonrakı yenidənqiymətləndirmə artımı mənfəət və zərər haqqında hesabatda yalnız əvvəlki yenidənqiymətləndirmə azalması müqabilində tanına bilər. Əvvəlki azalmalarla əvəzləşdikdən sonra yerdə qalan hər hansı yenidənqiymətləndirmə artımı birbaşa yenidənqiymətləndirmə artımı başlığı altında kapitalın kreditinə yazılmalıdır. Misal. Müəssisənin balansında ilkin dəyəri 150 000 manat olan anbar binası var. Bu ambara hesabat dövrünün sonuna 20 265 manat amortizasiya məbləği yığılıb. Müəssisə "Torpaq, tikili və avadanlıqlar" obyektlərini qiymətləndirmək məqsədilə öz uçot siyasətini ilkin dəyər modelinə əsasən seçmişdir, lakin, yeni hesabat ilindən "Torpaq, tikili və avadanlıq" obyektlərini yenidənqiymətləndirmə modelinə əsasən müəyyən
etmişdir. Ambar binasını yenidənqiymətlədirmək üçün ekspert çağırılmışdır, və bina 210 000 manat məbləğində qiymətləndirilmişdir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.