e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

902 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

Vergi və mühasibat mənfəəti arasında yaranan zaman fərqləri nəticəsində təxirə salınmış mənfəət vergisi yaranır. Bu fərqləri uçota almaq üçün 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" hesabından istifadə edilir.

Cari ilin mənfəəti üzrə hesablanmış vergi məbləği "Cari mənfəət vergisi üzrə xərclər" adlı 901 nömrəli, hər hansı təxirə salınmış vergi öhdəliklərinin cari ilə aid hissəsi isə "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" adlı 902 nömrəli hesabın kreditində göstərilir.

Vergiqoymadan əvvəl mənfəətdən (zərərdən) Hesablar planının 901-ci və 902-ci hesablarında uçota alınmış məbləğlər çıxılmaqla mühasibat balansının "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" adlı 341 nömrəli hesaba daxil edilir.

Misal. Müəssisə cari ildə vergi uçotuna görə 100 000 manat mənfəət əldə etmişdir. Mühasibat uçotuna görə isə mənfəət 120 000 manat olmuşdur (Vergi və mühasibat uçotundakı mənfəətlərin arasındakı fərqin əsas səbəbi əsas vəsaitlərin müxtəlif amortizasiya metodları olmuşdur). Bu mənfəətə uyğun 20 000 manat mənfəət vergisi və 4 000 təxirə salınmış mənfəət vergisi hesablanmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İllik mənfəətin hesablanması 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" 120 000
2 Vergi uçotuna görə illik mənfəət vergisinin hesablanması 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521-4 "Vergi öhdəlikləri-Mənfəət vergisi" 20 000
3 Təxirə salınmış illik mənfəət vergisinin hesablanması 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" 4 000
4 Mənfəət vergisinin silinməsi. 801 "Ümumi mənfəət (zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" 20 000
5 Təxirə salınmış mənfəət vergisinin silinməsi. 801 "Ümumi mənfəət (zərər)" 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" 4 000
6 İllik xalis mənfəətin silinməsi. 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 96 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.