811 Asılı və birgə müəssisələrin mənfəətlərində(zərərlərində) payMüəssisə asılı müəssisələrə malik olarsa və ya birgə müəssisənin bir hissəsidirsə, o zaman əldə olunan hər hansı mənfəət (zərər) hissəsi asılı müəssisədə 20 N-li Milli Mühasibat Uçotu Standartına, birgə müəssisədə isə 21 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay" adlı 811 nömrəli hesabın kreditində (debetində) göstərilir. Misal. 01.01.2017-ci il tarixində A şirkəti B şirkətinin adi səhmlərində 1 000 000 manat dəyərində 40% iştirak payını almışdır və həmin tarixdən B şirkətinin Direktorlar Şürasında nümayəndəliyini təmin etmək üçün A şirkəti öz səsvermə hüququndan istifadə etmişdir. B şirkəti 2017-ci ilin hesabatlarında vergiqoymadan sonrakı mənfəətinin 400 000 manat olduğunu göstərmişdir. Bu məbləğdən 100 000 manat divident kimi payçılar arasında bölüşdürülmüşdür. A şirkətinə 40 000 manat divident verilmişdir. İndi isə bu əməliyyatlara əsasən müxabirləşmələr edək
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.