223 Bank hesablaşma hesabları223 "Bank hesablaşma hesabları" müəssisənin bankdakı hesablaşma hesabında milli və xarici valyuta ilə pul vəsaitlərinin mövcudluğu və hərəkəti məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. 223 "Bank hesablaşma hesabları" hesabına aşağıdakı subhesablar açıla bilər:
Hesablaşma hesabı üzrə əməliyyatlarının aparılması və rəsmiyyəti salınması qaydaları Azərbaycan Respublikasının müvafiq normativ sənədləri ilə nizamlanır. 223 "Bank hesablaşma hesabları"-nın debetində müəssisənin hesablaşma hesabına pul vəsaitlərinin daxil olması, kreditində isə onların həmin hesabdan silinməsi əks etdirilir. Hesablaşma hesabı üzrə əməliyyatlar mühasibat uçotunda həmin hesab üzrə bank çıxarışları və onlara əlavə edilən pul-hesablaşma sənədlərinə əsasən əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.