544 Qisamüddətli məqsədli maliyyələşmələr və daxilolmalarHesabat tarixindən sonra 12 ay müddətində Torpaq, tikili və avadanlıqların alınmasını proqnozlaşdırmaq üçün əldə olunan maliyyə vəsaitlər "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" adlı 544 nömrəli hesabda göstərilməlidir. Belə maliyyələşmələrə və daxilolmalara əvəzsiz alınmış grant məbləğləri, dövlət tərəfindən verilmiş subsidiyalar aiddir. Bu və ya digər tədbirlərin maliyyələşdirilməsi mənbəyi kimi alınmış məqsədli vəsaitlər 544 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının kreditində və pul vəsaitlərini, aktivləri uçota alan hesabların debetində əks etdirilir. 444 "Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının debetinə müvafiq hesabların kreditindən bu və ya digər tədbirlərə sərf edilmiş məbləğlər silinir. Misal. Müəssisə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, və yeni istiqamətin inkişafı üçün dövlət tərəfindən 60 000 manat dəyərində subsidiya almışdır. Subsidiya 1 il müddətində müqavilədə qeyd edilən plan ilə sərf olunmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.