e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

441 Uzunmüddətli pensiya öhdəlikləri

Müəssisə pensiya təminatı planına malik olarsa və ya hər hansı digər şəkildə keçmiş işçilər üçün, onların təqaüdə çıxdığından sonra pensiya öhdəliyini qəbul edərsə, həmin uzunmüddətli öhdəliklərin dəyəri 19 N-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına (IAS)31 N-li "Pensiya təminatı üzrə uçot və hesabat" Milli Mühasibat Uçotu Standartına əsasən "Uzunmüddətli pensiya öhdəlikləri" adlı 441 nömrəli hesabda göstərilir.

Pensiya təminatı planları - xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında müəssisənin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişlərdir (ya illik gəlir, ya da birdəfəlik ödəmə şəklində). Bu zaman bu cür pensiyalar, o cümlədən bu məqsədlər üçün işəgötürən tərəfindən qoyuluşlar istər təqdim olunmuş sənədlər, istərsə də müəssisə tərəfindən qəbul olunan təcrübə əsasında təqaüdə çıxmadan əvvəl müəyyən oluna və ya hesablana bilər.

Uzunmüddətli pensiya və sosial ödənişlər sistemi müəssisənin peşakar və yüksək ixtisaslı kadrlarının müəssisədə qalıb başqa işlərə keçməmələri üçün əhəmiyyətli bir üsuldur. Bu sistemə görə yüksək ixtisaslı işçilər ilə müəssisə müqavilə bağlayır və müqaviləyə görə işçi təqaüdə çıxarsa müəssisə ona əlavə pensiya və sosial ödənişləri etməyə öz öhdəliyinə götürür.

Uzunmüddətli pensiya öhdəlikləri 441 "Uzunmüddətli pensiya öhdəlikləri" hesabının krediti və işçilərin əmək haqqı xərcləri hesabının debeti üzrə formalaşır. Uzunmüddətli öhdəliklərin ödənilməsi 441 "Uzunmüddətli pensiya öhdəlikləri" hesabının debeti və pul hesablarının krediti üzrə əks olunur.

Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.