533 Əməyin ödənişi üzrə işçi heyətinə olan borclarHesabat tarixinə hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı məbləğləri "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" adlı 533 nömrəli hesabda göstərilir. 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının kreditində və xərclər və başqa hesabların debetində işçilərə hesablanmış əmək haqqları, mükafatlar, müavinət, təqaüd və s.məbləğlər əks olunur. 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının debetində ödənilmiş əmək haqqı, mükafat, müavinət, təqaüd və s. məbləğlər, habelə hesablanmış vegilər, icra sənədləri üzrə ödəmələr və başqa tutulmuş məbləğlər əks olunur. Misal. Müəssisə cari ayda işçilərinə 15 000 manat əmək haqqı hesablayıb və hesablanmış əmək haqqlarından 3475 manat fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergi və 450 manat dövlət sosial sığorta fonduna tutub. Gələn ayın əvvəlində tutulmalar çıxılandan sonra əmək haqqları ödənilib
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.