e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

407 Törəmə(asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Müəssisə törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar aldığı zaman, onlar barədə ümumiləşdirilmiş məlumat "Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" adlı 407-ci hesabda göstərilir. "Törəmə müəssisə" anlayışı 25 N-li Milli Mühasibat Uçotu Standartına, "asılı müəssisə" anlayışı isə 20 N-li Milli Mühasibat Uçotu Standartına verilmişdir.

Asılı təsərrüfat cəmiyyəti, ortaqlıq kimi səhmdar cəmiyyəti olmayan müəssisələr daxil olmaqla, investorun əhəmiyyətli təsirə malik olduğu, lakin onun nə törəmə, nə də birgə müəssisəsi olmayan müəssisədir.

Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir.

Əgər bir müəssisə başqa bir müəssisənin nizamnamə kapitalında payların və yaxud səhmlərin 50%-dən çoxuna və idarəetmədə əhəmiyyətli təsirə malikdirsə, artıq bu payları alan müəssisə ana müəssisə və digər müəssisə isə törəmə müəssisə sayılır.

Əgər bir müəssisə başqa bir müəssisənin nizamnamə kapitalında payların və yaxud səhmlərin 20%-dən 50%-nə kimi hissəsinə və idarəetmədə əhəmiyyətli təsirə malikdirsə müəssisə, artıq bu payları alan müəssisə ana müəssisə və digər müəssisə isə asılı müəssisə sayılır.

Vəsaitlərin törəmə(asılı) müəssisələrdən borc daxil olması, pul vəsaitlərini uçota alan hesabının debetində və 407 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" hesabının kreditində əks etdirilir.

Alınmış borclar qaytarılan (ödənilən) zaman 407 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların kreditinə yazılışlar edilir.

Alınmış borclar və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər onların aid olduğu dövr üzrə xərc kimi tanınmalıdır. 13 N-li "Borclara aid edilən xərclər" Milli Mühasibat Uçotu Standartına əsasən bəzi faiz üzrə xərclər kapitallaşdırıla bilər. Beləki, əsas vəsaitlərin alınması, tikilməsi və istehsalı ilə birbaşa bağlı olan borclar üzrə faizlər, əsas vəsaitin dəyərinə aid edilməklə kapitallaşdırıla bilər.

Misal. Müəssisə qaytarmaq şərti ilə 3 il müddətinə törəmə müəssisəsindən 25 000 manat borc alıb. Borc müqaviləsinə əsasən bu borca görə müəssisə illik 15% faiz ödəyəcək.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Borcun alınması 223 "Bank hesablaşma hesabları" 407 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" 25 000
2 Hesabat dövrü üçün borcun faiz xərcləri uçota alınır. 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 3 750
3 Gələn ilin borcun faiz xərcləri uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 3 750


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.