e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

343 Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)

Müəssisənin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 1 N-li Milli Mühasibat Uçotu Standartına əsasən 343-cü hesabda uçota alınır.

Misal. Hesabat ilinin sonunda vergilər çıxıldıqdan sonra müəssisənin sərəncamında 50 000 manat bölüşdürülməmiş mənfəət qalmışdır. Təsisçilərin illik iclasında qərara alınmışdır ki bu bölüşdürülməmiş mənfəət dividend kimi ödənilməsin və müəssisənin inkişafı üçün istifadə edilsin.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesabat ilinin sonunda xalis mənfəət formalaşır 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 50 000
2 Hesabat ilinin xalis mənfəəti bölüşdürülməmiş mənfəətə silinir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 50 000

Misal. Müəssisə istehsal etdiyi məhsullarından 10 000 manat dəyərində məhsulu qocalar evinə hədiyyə etmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Məhsulların müəssisənin öz hesabına hədiyyə etməsi 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 204 "Hazır məhsul" 10 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.