161 Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri161 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri" hesabında “Mənfəət vergisi” adlı 12 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı əsasən təxirə salınmış vergi aktivləri barədə məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur. Belə aktivlər Mühasibat Uçotunun Beynəlxalq Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir. Təxirə salınmış vergi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir. Təxirə salınmış vergi aktivləri aşağdakılar ilə əlaqədar olaraq gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir:
Bildiyiniz kimi, mühasibat və vergi uçotları fərqli aparıla bilər. Bunun nəticəsi kimi, müəssisənin xərcləri fərqlənə bilər, və nəticədə mənfəət verqisi də fərqli olar. Misal üçün, müəssisəyə məxsus avadanlıqların amortizasiyası mühasibat uçotunda düzxətli metod ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə aparıla bilər. Və nəticədə illik amortizasiya xərcləri fərqli olacaq.
Misal
Uçot siyasətinə əsasən mühasibat uçotunda müəssisənin avadanlıqları düzxət metodu ilə amortizasiya edilir, vergi uçotuna əsasən isə azalan qalıq metodu ilə. Belə ki, müəssisənin balansına cari ilin əvvəlində ilkin dəyəri 150 000 manat, istifadə müddəti 3 il olan kompüter texnikası daxil olub. Vergi uçotuna görə avadanlıqlar azalan qalıq metodu ilə, amortizasiya norması ildə 25% amortizasiya edilir. Mənfəət vergisi illik 20%-dir. Müəssisənin cari il üçün mənfəəti olmuşdur 300 000 manat. Mühasibat uçotunda amortizasiya xərcləri olacaq:
Vergi uçotunda amortizasiya xərcləri olacaq:
Mənfəət vergisinə təsiri olacaq:
Misaldan gördüyümüz kimi müəssisə vergi uçotunda daha çox mənfəət vergisi (52 500) hesablayıb ödəməlidir. Mühasibat uçotunda isə mənfəət vergisi 50 000-dir, 2 500 manat azdır. Mühasibat uçotu nöqteyi nəzərindən bu mənfəət vergisi üzrə təxirə salınmış vergi aktividir. Yanı, müəssisə mühasibat uçotuna görə mənfəət vergisini artıq ödəyibdir, ona görə də bu təxirə salınmış vergi aktividir. Əks halda mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi olacaqdır.
Normativ-hüquqi aktlar:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2022-06-22 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.